Məhkəmə qərarları › İş №8(001)-779/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-779/2022

16.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-779/2022 16.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Tələbkar MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(001)- 4912/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına olan “Kia Cerato” minik markalı **- VC-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 190” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyularaq, duracağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4912/2022 saylı 29 avqust 2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1594,59 manat məbləğində pul vəsaiti tutularaq, Tələbkar MMC-nin xeyirnə ödənilməlidir. “Elektronicra” sistemində Borclu məxsus pul vəsaitinin olmasına dair bank hesabları, daşınmaz əmlak aşkar edilməsə də, onun adına qeydiyyatdan keçən “Kia Cerato” minik markalı **- VC-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 190” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri aşkar edilmişdir. İcra sənədi üzrə borcun borcluya məxsus avtomobillərə yönəldilməsi məqəsilə üzərinə həbs qoyulması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən, Borclu məxsus “Kia Cerato” minik markalı **-VC-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 190” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyularaq, duracağa yerləşdirilməsi barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar MMC-nin nümayəndəsi X2 borclu tərəfindən icra sənədinin icra edilmədiyini bildirərək, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(001)-4912/2022 saylı icra vərəqəsinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Borclu cəmi 1594,59 manat məbləğində pul vəsaiti Tələbkar MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş 08 oktyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(001)-4912/2022 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən verilmiş 29 oktyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, “Kia Cerato” minik markalı **-VC-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 190” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri Borclu adına qeydiyyatdadır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. - 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməmişdir. Məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, Borclu sözügedən icra sənədi üzrə borcunun cəmi 1594,59 manat olması nəzərə alınmaqla, Borclu məxsus “Kia Cerato” minik markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, icra məmuru borcluya məxsus olan iki avtomobilin üzərinə həbs qoyulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, icra sənədi üzrə Borclu borcu cəmi 1594,59 manat olduğundan, “Kia Cerato” minik markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması icra sənədinin icrasının təmin edilməsi üçün yetərlidir. Eyni zamanda “nəqliyyat vasitələrinin duracağa yerləşdirilməsi” hissəsində də təqdimat təmin edilməməlidir. Belə ki, nəqliyyat vasitəsinin üzərinə həbs qoyulduqdan sonra icra ilə bağlı digər hərəkətlər icra qanunvericiliyinin tələblərinə əsasən icra məmurunun vəzifələrinə aid edilmişdir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Təqdimat qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(001)- 4912/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Kia Cerato” minik markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası öz səlahiyyətləri daxilində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar