Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-797/2025 19.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Tələbkar və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun təqdimatına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Tələbkar ilə cavabdeh "xxxx" MMC-nin direktoru Borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli ST-14-10/21=008 nömrəli müqavilə etibarsız hesab edilsin, xx.xx.2021-ci il tarixli ST-14-10/21=008 nömrəli və xx.xx.2023-cü il tarixli ST-10-03/23 nömrəli müqavilələr üzrə ödənilmiş 29492 (iyirmi doqquz min dörd yüz doxsan iki) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 175 (yüz yetmiş beş) manatı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclunın icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Eyd edilən qərar xx.xx.2025-ci il tarixdə tərəflərindən qəbul edilərək Borclu ünvanında göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar və onun nümayəndəsi (vəkili) təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdilər. İcra sənədi üzrə təqdimat verən icra məmuru və borclu məhkəmə iclasının vaxtı yeri haqqında lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı və onun nümayəndəsini (vəkilini) dinləyib, təqdimatı nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin edilməlidir. Azərbaycan Respubikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Məhkəmə, icra məmurunun təqdimatını və ona əlavə edilən materialları nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə Borclu Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun təqdimatı təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №8(001)-797/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-797/2025
19.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver