Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-810/2022 21.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İHakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-2628/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Binəqədi rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu ünvan 2əcburi qaydada gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2628/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1117,87 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Borclu icraata başlamaq haqqında qərar, bildiriş və çağırış SMS göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınır. Onun tərəfindən Borclu məcburi qaydada Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-2628/2022 saylı icra sənədinin surətindən görünür ki, Borclu cəmi 1117,87 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş 08 iyun 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin qərar və bildiriş tərtib edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)- 2628/2022 saylı icra sənədinin icra edilməsi üçün borcluya göndərilmişdir. İş materiallarına əlavə edilmiş 19 iyul 2022-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, ünvan 3 ünvanında yaşayan Borclu Binəqədi Rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığına görə təqdimat təmin edilməli, ünvan 3 ünvanında yaşayan borclu Şabanov X1 Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 249, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-2628/2022 saylı icra sənədinin icrası ilə əlaqədar ünvan 3 ünvanında yaşayan borclu Şabanov X1 Rayon İcra Şöbəsinə məcburi gətirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №8(001)-810/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-810/2022
21.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver