Məhkəmə qərarları › İş №8(001)-813/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-813/2024

12.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-813/2024 12.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-424/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyev təqdimatla məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yaşayan Borclu Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasına məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-424/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi əsasən Borclu 5543.95 manat məbləğində pul vəsaiti və 75 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASCnin (Ləğv prosesindədir) xeyrinə ödənilməlidir. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixli, icraata başlama haqqında qərar poçt vasitəsilə göndərilərək qanunvericiliyə uyğun könüllü icra müddəti müəyyən olunmuşdur. Eləcə də, xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu və xx.xx.2024-cü il tarixli Borclunun məcburi gətirilməsinə dair” qərar qəbul edilərək tərəflərə məlumat üçün göndərilmişdir. Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasına dəvət olunmasına baxmayaraq icra sənədi üzrə tələbi yerinə yetirməkdən yayınır. Borclu bu günədək icra sənəd üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırmışdır. Belə ki, borclu icra sənədində göstərilən tələbi təmin eməkdən qərəzli olaraq yayınır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, icra sənədi Binəqədi rayon İcra Şöbəsinə daxil olduqdan sonra tələbin könüllü icrası barədə bildiriş icraata başlamaq haqqında qərarla birlikdə tərəflərin, həmçinin icra sənədi üzrə Borclu göndərilmiş, lakin, halhazıradək icra sənədi icrasız qalmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2 və 84.3-cü maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu halda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Təqdimata əlavə olunmuş Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun qərarının surətindən görünür ki, borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx xxxxxx 1982-ci ildə Masallı rayonu, Zuvandlı kəndində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Borclu ünvan 4əcburi qaydada gətirilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar