Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-817/2024 12.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(001)- 3181/2022 saylı icra sənədi üzrə Borclu Əli oğluna məxsus “avtomobil üzərindən həbsin götürülməsi” barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Xəqani Əliyevin təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Xəqani Əliyev təqdimatla məhkəməyə müraciət edərək Borclu Əli oğluna məxsus “Nissan Pathfınder” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-3181/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə əmrinə əsasən cavabdeh Borclu 318.70 manat məbləğində pul vəsaiti tutularaq kreditor Tələbkar xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İcra sənədi könüllü müddət ərzində təmin ed mədiyindən məcburi icra hərəkətlərinə başlanılmış və borclunun adına qiymətli əmiakların olub-olmamasını müəyyən etmək məqsədi ilə müvafiq orqanlara əmlak sorğuları göndərilmişdir. Sorğuların cavabında müəyyən edilmişdir ki, Borclu adına 'Nissan Pathfınder” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir. Binəqədi rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus olan avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmiş və təqdimat təmin edilərək Binəqədi Rayon Məhkəməsinin 8(001 )-238/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyd olunan avtomobil üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" MMC-nin rəhbəri Tələbkar xx.xx.2024-cü il tarix ərizə ilə müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3181/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xitam verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümükün saymışdır. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3181/2022 saylı icra vərəqəsinə əsasən Borclu Əli oğlundan ümumilikdə 318.70 manat pul vəsaiti tutularaq tələbkar "Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-238/2023 saylı qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(001)-3181/2022 saylı icra sənədi üzrə Borclu Əli oğluna məxsus "NİSSAN PARTFİNDER" minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Tələbkar Binəqədi Rayon İcra Şöbəsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3181/2022 saylı icra vərəqəsinə əsasən Borclu Əli oğlunun "xxxx" mağazasına heç bir borcu yoxdur. həmin icra vərəqəsiinn icraatına “İcra Haqqında” Azərbycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, xitam verilməsi xahiş edilmişdir. Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3181/2022 saylı icra sənədinə xitam verilmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 20.1 və 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. - 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. - 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Beləliklə, məhkəmə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3181/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələb olunan borcun tam olaraq ödənildiyini və icra sənədi üzrə icra məmuru tərəfindən icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-238/2023 saylı qərardadı ilə Borclu Əli oğluna məxsus "NİSSAN PARTFİNDER" minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-238/2023 saylı qərardadı ilə Borclu Əli oğluna məxsus "NİSSAN PARTFİNDER" minik markalı, **- FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №8(001)-817/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-817/2024
12.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver