Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-821/2024 12.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(001)- 2688/2022 saylı icra sənədi üzrə Borclu məxsus “avtomobil üzərindən həbsin götürülməsi” barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru İlyas Məmmədovun təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru İlyas Məmmədov təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-577/2024 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş "LAND ROVER RANGE ROVER" minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001 )-2688/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 476 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Tərəfindən verilən təqdimata əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-577/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “LAND ROVER RANGE ROVER” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkarın xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən borc tam şəkildə ödənilmişdir və xx.xx.2024-cü il tarixli qərara əsasən icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümükün saymışdır. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2688/2012 saylı icra vərəqəsinə əsasən Borclu 476 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-577/2024 saylı qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(001)-2688/2022 saylı icra sənədi üzrə Borclu məxsus "LAND ROVER RANGE ROVER" minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. "xxxx" MMC-nin Binəqədi Rayon İcra Şöbəsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2688/2012 saylı icra vərəqəsinə əsasən Borclu "xxxx" MMC-nin xeyrinə tutulmalı olan borc ödənildiyi üçün, həmin icra vərəqəsiinn icraatına “İcra Haqqında” Azərbycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, xitam verilməsi xahiş edilmişdir. Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2688/2012 saylı icra sənədinə xitam verilmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 20.1 və 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. - 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. - 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Beləliklə, məhkəmə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2688/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələb olunan borcun tam olaraq ödənildiyini və icra sənədi üzrə icra məmuru tərəfindən icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-577/2024 saylı qərardadı ilə Borclu məxsus "LAND ROVER RANGE ROVER" minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-577/2024 saylı qərardadı ilə Borclu məxsus "LAND ROVER RANGE ROVER" minik markalı, **-SL- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №8(001)-821/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-821/2024
12.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver