Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-835/2025 29.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa oğlunun sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7049/2024-003 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7049/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Mercedes Benz C180” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1535/2025- 016 nömrəli, xx.xx.2025- ci il tarixli icra sənədinə əsasən e20227/2025-14-45 nömrəli iş üçün icra tələbi qeyd edilməyib. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Elektron icra sisteminin çıxarışından görünür ki, Borclu adına olan “Mercedes Benz C180” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu adına olan “Mercedes Benz C180” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Məhkəmə iclası barədə tələbkara, borcluya və icra şöbəsinə təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7049/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən cavabdeh Borclu xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2663,89 əsas, 133 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə 200 manat əsas, 10 manat cərimə, ümumilikdə 3006,89 manat, həmçinin dövlət rüsumu üçün ödənilmiş 51 manat, 50 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7049/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Əliyev Xəqani tərəfindən sözü gedən icra sənədi ilə bağlı “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, qərar həmin tarixli “tələbin könüllü icrası haqqında” bildirişlə birlikdə Borclu göndərilmişdir. “Elektron icra sistemi”ndən çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Mercedes Benz C180” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Məhkəmə təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimatın təmin edilməsi üçün əsaslar mövcuddur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, qanunvericilik tələbin borclunun daşınar əmlakına yönəldilməsinin mümkünlüyünü yalnız onun adına banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri və başqa sərvətlər aşkar edilmədiyi halda müəyyən edir. Hazırki təqdim olunmuş sənədlərlə isə borclunun bank və digər kredit təşkilatlarında pul və başqa maddi sərvətin olması müəyyən edilmir. Həmçinin məhkəmə icra olanmayan icra sənədlərini, məbləğləri nəzərə alaraq hesab edir ki, hazırki halda təqdimatda göstərilən əmlakın üzərinə həbs qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci bəndini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin təqdimatı təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7049/2024-003 nömrəli, xx.xx.2024-cü tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus, “Mercedes Benz C180” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №8(001)-835/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-835/2025
29.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver