Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-84/2023 13.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-361/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin direktoru X2 rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-361/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu X1 13860 manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC –yə ödənilməlidir. Tələbkar icra məmurunun hərəkətlərindən şikayət verərək, məhkəmədən icra sənədinin məhkəməyə qaytarılması haqqında Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Lənkəran rayon İcra və Probasiya Şöbəsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, icra sənədinin verilməsindən 2 il keçməsinə baxmayaraq, qətnamə icra edilməmiş, icra məmurunun hərəkətlərindən şikayət verildikdən sonra onlara məlum olmayan səbəbə görə icra sənədi məhkəməyə geri qaytarılmışdır. Üstəlik geri qaytarma qərarı onlara verilməmiş, bu barədə təsadüfən şifahi formada xəbər tutmuşlar. Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında“ Azərbaycan Respublikası Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin qanunun 87.1-ci maddəsində isə qeyd edilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Bundan başqa Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli və 10 oktyabr 2017-ci il tarixli qərarlarında icra məmurunun yalnız icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından icra sənədini vermiş məhkəməyə şikayət verilməsi öz əksini tapmışdır. Bu isə onunla bağlı olmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının qanuniliyini məhkəmənin 10 gün müddətində yoxlamaq səlahiyyəti vardır. Lakin qanunvericilikdə icra sənədinin geri qaytarılması barədə qərarın qanuniliyini və icra məmurunun bu qərarı qəbul edərkən bütün tədbirləri görüb-görmədiyini yoxlamaq barədə məhkəmənin birbaşa səlahiyyəti təsbit edilməmiş, bunu icraatda tərəflərin şikayətindən asılı etmişdir.Bu aspektdən də yanaşıldıqda icra məmurunun digər qərar və hərəkətlərindən verilən şikayətlərə icra məmurunun olduğu yer üzrə müvafiq məhkəmə tərəfindən baxılması məhkəməyə əlçatımlılığının təmin edilməsinə xidmət edir. Çünki həmin şikayətlərə baxılarkən icra məmurunun iştirakı təmin edilməli, icra işinin materialları məhkəməyə təqdim edilməlidir ki müvafiq qərarın qanuniliyi yoxlanıla bilsin. Göstərilənlərə əsasən hesab edirəm ki, icra sənədinin geri qaytarılması haqqında qərarından və ya icra məmurunun hərəkətlərindən icra məmurunun olduğu yer üzrə müvafiq məhkəməyə şikayət verilməli olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 269-cu, “İcra haqqında“ Azərbaycan Respublikası Qanunun 23, 87-ci maddəsinə əsasən, QƏRARA ALDİM: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-361/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin direktoru X2 rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-84/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-84/2023
13.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver