Məhkəmə qərarları › İş №8(001)-840/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-840/2024

14.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-840/2024 14.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, e-2(001)- 6897/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, e-2(001)-6897/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan “Ford Transit” yük markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli e-2(001)-6897/2023 saylı icra sənədinə əsasən, Borclu 361,40 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödəniməlidir. İcra sənədi 08 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə bocrlu Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron icra sisteminə baxış keçirilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Ford Transit” yük markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, Borclu məxsus “Ford Transit” yük markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli e-2(001)-6897/2023 saylı icra vərəqəsindən görünür ki, Borclu 361,40 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. 08 yanvar 2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli e-2(001)-6897/2023 saylı icra sənədi üzrə icraata başlanılmış və həmin qərar və bildiriş tərtib edilərək icra sənədinin icra edilməsi üçün Borclu göndərilmişdir. İş materiallarında olan “Elektron-icra” informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Ford Tansit” yük markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. -44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. -50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməmişdir. Məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus “Ford Transit” yük markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli e-2(001)- 6897/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Ford Transit” yük markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası öz səlahiyyətləri daxilində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar