Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-842/2022 05.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, tələbkarın nümayəndəsi X2, Borclu iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(001)- 4914/2022 saylı icra sənədi üzrə Borclu məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına 05 dekabr 2022-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(001)- 4914/2022 saylı icra sənədinə əsasən Borclu 483 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Həmin icra sənədi icra olunması üçün borclunun yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus İsmayıllı rayonunun Güyüm kəndində yerləşən 1,7402 ha. sahəli əkin üçün nəzərdə tutulmuş, kənd təsərrüfatı təyinatlı və Ağsu rayonunun Cəlayir kəndində yerləşən 2,029 ha. sahəli əkin üçün nəzərdə tutulmuş, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkarın nümayəndəsi X3 izahatında göstərdi ki, borcu icra sənədində qeyd olunan məbləğdə pul vəsaitini ödəməkdən boyun qaçırır, buna görə də, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında Borclu təqdimatın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Təqdimata baxılması ilə bağlı icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nəqliyyat vasitələri haqqında məlumatdan çıxarışdan görünür ki, İsmayıllı rayonunun Güyüm kəndində yerləşən 1,7402 ha. sahəli əkin üçün nəzərdə tutulmuş, kənd təsərrüfatı təyinatlı və Ağsu rayonunun Cəlayir kəndində yerləşən 2,029 ha. sahəli əkin üçün nəzərdə tutulmuş, kənd təsərrüfatı təyinatlı torpaq sahələri Borclu mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 45.1-45.6-cı maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür.Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Şərh olunan normanın məzmunundan görünür ki, icra məmuru ilk növbədə borclunun banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumatları vergi orqanlarından tələb etməli, tələbin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda digər əmlaka yönəldilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, hətta borcluya məxsus yetərli pul vəsaitlərinin olmaması müəyyən olunarsa belə araşdırılmalı növbəti hal ondan ibarətdir ki, həbsin qoyulması borc məbləği ilə müqayisədə nə qədər mütənasibdir. Çünki, qanunvericiliyin tələblərinə – konkret olaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.7-ci maddəsinin məzmununa əsasən tələb borclunun əmlakına icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Lakin icra məmuru tərəfindən üzərinə həbs qoyulmuş əmlakların dəyəri müəyyənləşdirilməmiş, onların borc məbləği ilə müqayisəsi aparılmamış, beləliklə məcburi icra tədbirinin tətbiqi zamanı mütənasiblik prinsipinə əməl olunmamışdır. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsi icra məmuruna qiymətləndirici dəvət etmək səlahiyyəti verir. Həmin normanın məzmununa əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Hazırda icra məmurunun təqdimatına əsasən üzərinə həbs qoyulmalı əmlakların cəm şəkildə dəyəri ilə borc məbləği arasında kəskin fərq olması aşkardır. Buna görə də, məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, Borclu mülkiyyətində olan İsmayıllı rayonunun Güyüm kəndində yerləşən 1,7402 ha. sahəli əkin üçün nəzərdə tutulmuş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyularaq tələb həmin əmlaka yönəldilməlidir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(001)- 4914/2022 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu məxsus İsmayıllı rayonunun Güyüm kəndində yerləşən 1,7402 ha. sahəli əkin üçün nəzərdə tutulmuş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun, tələb həmin əmlaka yönəldilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №8(001)-842/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-842/2022
05.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver