Məhkəmə qərarları › İş №8(001)-845/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-845/2022

29.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-845/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Məhəmməd Qaragözovun Borclunə məxsus əmlakların üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Məhəmməd Qaragözov Borclunə məxsus “Lovbed” yarımqoşqunun, “Krone SDP27” yarımqoşqunun, “Mersedes Benz 3340 K/36” markalı (mühərrik nömrəsi **********9701) özüboşaldan yük avtomobilinin, “Mersedes Benz 3340 K/36”AZ” markalı (mühərrik nömrəsi **********2481) özüboşaldan yük avtomobilinin, Man yük yəhərli dartıcının, “Kamaz 53215” markalı yük avtomobilinin, “Mersedes Benz” markalı özüboşaldan yük avtomobilinin, “Scania P380” markalı özüboşaldan yük avtomobilinin üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3536/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclundən 2884 manat məbləğində pul vəsaitinin və ödənilmiş 23 manat dövlət rüsumu Tələbkar xeyrinə ödənilməlidir. xx.xx.2019-cu il tarixdə icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edərək tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi üçün borclunun ünvanına bildiriş göndərilmişdir. İcra vərəqəsinin icrası könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyi üçün, məcburi icra hərəkətlərinə başlanılmış və borclunun adına qiymətli əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, tələb borclu tərəfindən könüllü qaydada tam təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar bildirdi ki, Borclu tərəfindən ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3536/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ödəniləcək məbləğ tam olaraq ödənilməmiş, ona görə də təqdimatın təmin edilməsini xahiş etdi. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata borclu və icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatın dəlillərini və təqdimata əlavə edilmiş sənədləri araşdıraraq, mövcud olan borcun məbləğini və tərəflərin hüquqları arasında ədalətli tarazlığı nəzərə alaraq belə qənaətə gəlir ki, təqdimat qismən – “Mersedes Benz 3340 K/36” markalı, 99JG399 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı (mühərrik nümrəsi **********9701) özüboşaldan yük avtomobilinin üzərinə həbs qoyulması hissəsində təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən,borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. Həmin Qanunun 44.1-ci maddəsinə müvafiq olaraq, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb tam həcmdə icra olunmamışdır. Beləliklə, məcburi icra tətbirinin tətbiqi üçün əsas yaranmışdır. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərin hüquqları arasında ədalətli tarazlıq gözlənilməli və uşaqların mənafeyi üstün tutularaq üzərinə həbs qoyulması tələb edilən səkkiz nəqliyyat vasitəsindən birinin - Mercedes Benz 3340k/36 Yük markalı, 99JG399 dövlət qeydiyyat nişanlı, istehsal ili 2011, mühərrik nömrəsi **********9701 olan özüboşaldan üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3536/2018 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasının təmin olunması məqsədilə Borclunə məxsus Mercedes Benz 3340k/36 Yük markalı, 99JG399 dövlət qeydiyyat nişanlı, istehsal ili 2011, mühərrik nömrəsi **********9701 olan özüboşaldan üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar