Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-848/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu "xxxx" Mənzil Tikinti Kooperativinin ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “qarajın əvvəlki vəziyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi və 10368 manat icarə haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Tələbkar məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın cavabdeh "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı Tələbkar təhvil verilməsi, 3400 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Həmin iş üzrə cavabdeh tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti və kassassiya şikayəti təmin edilməmişdir. Hal-hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(001)- 147/2021 saylı icra sənədi Binəqədi Rayon İcra Şöbəsinin icraatındadır və qətnamə “3400 manat məbləğində pulun ödənilməsi” hissəsində qismən icra edilmişdir. Hazırkı halda qətnamənin “iddiaçı Tələbkar məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın cavabdeh "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı Tələbkar təhvil verilməsi” hissəsinin icrasının səmərəliliyi baxımından "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsində 2 avtomobil yerlik qaraj sahəsinin Tələbkar verilməsi və ya əvvəlki qarajın dəyəri olaraq 28000 manat məbləğində kompensasiyanın Tələbkar ödənilməsi yolu ilə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə zərurət vardır. Belə ki, mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmurları hüquqi şəxsin nümayəndəsi və tələbkarın iştirakı ilə mübahisəli ünvana getmiş və müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MTK-nm sürücüsü tikinti materialları boşaldılarkən qarajın sol tərəfinə toxunmuş və nəticədə qarajın panelləri sol ön divan dağıldığı üçün qopmuş və qaraj istifadəyə yararsız vəziyyətə düşmüşdür. Qaraj sökülü vəziyyətdə olduğu üçün icra hərəkətlərinin aparılması mümkün olmamışdır. Mülki işin materiallarında olan "xxxx" MTK tərəfindən Binəqədi Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MTK-nm rəhbərliyi qarajın yerləşdiyi sahənin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən pilot layihə formatında hündümıərtəbəli yaşayış binalarının inşa edilməsi üçün müvafiq ayrıc aktına əsasən hüquqi şəxsə ayrılması və qeyd edilən ərazidə hansı digər növ tikililərin inşa edilməsi müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə nəzərdə tutulmadığından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icra vərəqəsinin icra edilməsi ilə əlaqədar Tələbkar məxsus qarajın əvvəlki vəziyyətə gətirilməsi və tələbkara qaytarılması mümkünsüzdür. Tələbkar ərizəsi ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon polis İdarəsinin 5-ci Polis Bölməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Tələbkar məxsus qaraj qəsdlə uçurulmamışdır. Ona məxsus qarajın divarları və digər konstruksiyaları X1 “Kamaz” markalı yük avtomobilini geriyə hərəkət etdirdiyi zaman baş vermiş qəza nəticəsində aşılmışdır. Bundan sonra müvafiq dövlət qurumlarının iştirakı ilə akt tərtib edilərək, qaraj qəzalı olduğundan və orada işləyən insanların həyatı üçün təhlükə yarandığından sökülmüşdür. Belə olan halda qarajın qəsdlə uçurulması müəyyən olunmadığından əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 8 nömrəli Qərarına əsasən rayonun ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində “Pilot layihə” formatında müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 174 saylı Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan 01 nömrəli yataqxana binasının və onun ətrafında olan qeyri-yaşayış sahələrinin sökülməsi və yerində müasir standartlara cavab verən, çoxmənzilli, hündümıərtəbəli yaşayış binasının inşası "xxxx" MTK-ya həvalə olunmuşdur. Bu məqsədlə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 2017-ci il tarixdə təsdiq olunmuş ayrıc aktına əsasən sözügedən ünvanda yerləşən 2314.66 kv.m. torpaq sahəsi "xxxx" MTK-ya ayrılmışdır. Həmin torpaq sahəsinin hüdudları daxilində də 4 bloklu, 18 mərtəbəli yaşayış binası tikilmiş, binanın həyət hissəsində isə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş və Azərbaycan Respublikası FHN-nin müvafiq idarəsində ekspertiza olunmuş lahiyə əsasında 2 mərtəbəli yeraltı avtomobil dayanacağı tikilmişdir. Tələbkar məxsus olmuş qaraj da əvvəllər məhz həmin tikinti sahəsində mövcud olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı Qərarının icrası məqsədi ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında 14 iyul 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən qeyd olunan ərazidən köçürülən vətəndaşlara onların əvvəlki yaşayış və ya qeyri-yaşayış (qarajlar daxil olmaqla) sahələrinin əvəzində əvvəlki sahələrindən aşağı olmamaq şərti ilə yaşayış və ya qeyriyaşayış (qarajlar daxil olmaqla) sahələrinin verilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə dəfələrlə Tələbkar ona məxsus olmuş qaraj sahəsinin əvəzində tikilən yaşayış binasının altında yerləşən, mövcud olan sahəsinə əlavə sahə olmaqla qaraj sahəsinin verilməsi təklif olunsa da o, təkliflərlə razılaşmamış və müvafiq olaraq əvəzləşdirmə müqaviləsini imzalamaqdan imtina etmişdir”. Yuxarıda qeyd olunanlara əsasən borclu məhkəmədən xahiş etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-147/2021 saylı, xx.xx.2021-ci il qətnaməsinin “iddiaçı Tələbkar məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın cavabdeh "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı Tələbkar təhvil verilməsi” hissəsinin icra üsulunu və qaydasını dəyişdirərək borclu "xxxx" MTK tərəfindən ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsində 1 avtomobil yerlik qaraj sahəsinin Tələbkar verilməsi və ya əvvəlki qarajın dəyəri olaraq 28000 manat məbləğində kompensasiyanın Tələbkar ödənilməsi yolu ilə icra olunsun. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında məhkəməyə bildirdi ki, hazırkı ərizə o səbəbdən verilmişdir ki, hal-hazırda borclu barəsində cinayət işinin başlanması məsələsi müvafiq qurumda araşdırma predmetidir. O, ərizənin təmin edilməsinə qəti surətdə razı deyil. Belə ki, bu ilk növbədə qanuni qüvvəyə minmiş və Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə aktına hörmətsizlikdir. Ona məxsus qarajın yerində bina tikilməyib, ümumiyyətlə hər hansı tikinti aparılmayıb, meydança salınıb və qarajın həmin yerdə bərpa edilməsi mümkündür. Bundan başqa da qətnamə vaxtında icra edilsə idi, bütün bunlara ehtiyac qalmazdı. O, nə yeri tikilidə avtomobil saxlamaq üçün yer, nə də ki, pul istəyir. Ona mülkiyyətində olmuş qarajın qaytarılması lazımdır. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, tələbkarın izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsində aşağıdakılar göstərimişdir: “ ... Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili X2 izahatında məhkəməyə bildirdi ki, iddiaçıya məxsus qarajın da yerləşdiyi ərazi rəsmi olaraq yaşayış binasının tikintisi üçün "xxxx" MTK-ya ayrılmış və o, buna dair müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçıya məxsus olan daş qaraj 2018ci ilin aprel ayından "xxxx" MTK-nın istifadəsindədir və hal-hazırda qarajın iddiaçıya qaytarılması mümkün deyil. Qaraj hal-hazırda sökülməyib və MTK tərəfindən yardımçı tikili kimi istifadə olunur. İddiaçı ilə dəfələrlə danışıqlar aparılmış, tikilən binada qaraj və müəyyən pul məbləğləri təklif edilmiş, lakin iddiaçı təklif olunanlarla razılaşmamış və qarajın dəyərinə adekvat olmayan tələblər irəli sürmüşdür. "xxxx" MTKnın təklifləri halhazırda da qüvvədədir, lakin hazırkı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. ... İş materiallarında olan texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən 30,9 kv.m. sahəsi olan daş qaraj Tələbkar mülkiyyətindədir”. Həmin qətnamə ilə iddiaçı Tələbkar məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qaraj cavabdeh "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı Tələbkar təhvil verilməsi və 3400 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-786/2022 saylı qərardadında göstərilmişdir ki, “... Tələbkar buraxılmış prosessual müddətin bərpası barədə ərizə və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. … Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... qətnamədən də göründüyü kimi Tələbkar məxsus 30,9 m2 sahədən ibarət daş qaraj Azadlıq prospekti, 158 saylı binanın qarşısında yerləşmişdir. Məlum olmuşdur ki, daş qarajın yerləşdiyi ərazidə yəni ayrıc aktı əsasında Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 174 saylı Sərəncamı ilə “Mahal" MTK tərəfindən ünvan 4 ünvanında yerləşən 2314,66 m2 torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşası həyata keçirilmişdir (xx.xx.2018-ci il tarixli Sərəncamla təsdiq edilmiş tikintiyə icazə verilməsinə dair şəhərsalma layihəsinə uyğun). İcra sənədinin icrası zamanı müəyyən edilmişdir ki, Tələbkar məxsus olan daş qaraj "xxxx" MTK tərəfindən çoxmərtəbəli yaşayış binası tikilən ərazidə yerləşdiyi üçün qarajdan yardımçı tikili kimi istifadə olmuşdur (sökülən vaxta qədər daş qarajın qapısı çıxarılmaqla yeməkxana kimi istifadə olunub). Həmçinin xx.xx.2022-ci il tarixdə qaraja baxış keçirilmiş, qarajın tikinti ərazisi kimi hasara alınmış hüdudların daxilində olması, həmin qarajın “Mahal" MTK tərəfindən tikinti ərəfəsində istifadə edildiyi məlum olmuş və daş qarajın əvvəlki vəziyyətə gətirilməsi barədə borcluya xəbərdarlıq edilərək fotoşəkilləri çəkilmişdir. Lakin daha sonra xx.xx.2022-ci il tarixdə tərəflər öz aralarında razılıq əldə etmələrinə baxmayaraq, xx.xx.2022-ci il tarixdə iş üzrə Tələbkar da iştirakı ilə əraziyə baxış zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan daş qaraj yarısökülü vəziyyətə, düşdüyü üçün (yəni qarajın üst beton panelləri və sol ön divarı dağılmışdır) qaraj tamamilə istifadəyə yararsız vəziyyətə gətmiş, bu barədə akt tərtib edilmişdir. Həmçinin xx.xx.2022ci il tarixdə iş üzrə Tələbkar iştirakı ilə bir daha həmin ünvanda olarkən tələbkara məxsus daş qarajın tamamilə söküldüyü müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə “Mahal" MTK tərəfindən ünvanlanan məktubda asılı olmayan səbəblərdən yəni, daş qarajın baş vermiş qəza zamanı (yük avtomobilinin toxunuşu zamanı baş verməsi qeyd, edilir) qəzalı vəziyyətə düşməsi göstərilir və müvafiq olaraq araşdırma aparılması üçün daxili işlər orqanlarına müraciət edildiyi bildirilir. Bütün bu göstərilənlərlə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-147/2022 saylı, 09 fevral 2021-ci il tarixli icra sənədində qeyd edilən tələblərin mahiyyəti üzrə icra edilməsi obyektiv səbəblərdən (başqa halda icra sənədi üzrə predmet faktiki olaraq mövcud olmadığı üçün) tərəfimizdən mümkün olmamışdır”. ... Göründüyü kimi, qətnamədə xüsusi olaraq “daş qarajın cavabdeh "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə” qaytarılması qeyd olunub. Qarajın əvvəlki vəziyyəti həm qaraja aid sənədlərdən, həm də ki, mövcud olan fotoşəkillərdən bəllidir. İcra məmurunun özünün də Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarında qeyd etdiyi kimi, onun tərəfindən də qarajın sökülənə qədər fotoşəkilləri çəkilmişdir. Belə olan halda qarajın hal-hazırda mövcud olmaması əsası ilə icra sənədinin icrası mümkün olmadığı üçün məhkəməyə qaytarılması qanuni və əsaslı hesab edilə bilməz. Hər bir halda qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə daş qarajın cavabdeh "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı Tələbkar təhvil verilməsi müəyyən edilib və qətnamə qanuni qüvvədə olduğu təqdirdə icra edilməsi zəruridir. ... Hazırkı işin materiallarından göründüyü kimi, icra sənədi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə göndərilmiş, mübahisələndirilən qərarda qeyd olunanlara görə isə, qərarın sökülməsinə səbəb olmuş hadisə xx.xx.2022-ci il tarixdə baş vermişdir. İcra məmuru qərarda tərəflərin razılığa gəlməsinə istinad etsə də, iş materiallarında bunu təsdiq edə biləcək hər hansı sənəd mövcud deyil, tələbkar özü isə bunu inkar edir. Belə olan halda qanuni qüvvəyə minmiş məhkəmə aktının 3 aya yaxın müddətdə hansı əsaslarla icra edilməməsi iş materiallarından aydın deyil. ... Məhkəmə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsində qeyd olunanları nəzərə alaraq, icra sənədinin icrasının mümkün olmaması barədə icra məmurunun qənaəti ilə razılaşmır. Belə ki, adıçəkilən qətnamə ilə daş qarajın əvvəlki vəziyyətə qaytarılaraq tələbkara qaytarılması öhdəliyi borclunun üzərinə qoyulmuş və qarajın hal-hazırda mövcud olmaması həmin öhdəliyin aradan qalxmasına dəlalət etmir.”. Həmin qərardadla Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022ci il tarixli qərarı ləğv edilmişdir. Beləliklə, “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan göründüyü kimi, iddiaçı Tələbkar cavabdeh "xxxx" MTK-ya qarşı qarajın əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi və 10368 manat icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə müraciət etmiş və həmin işə hələ birinci instansiya məhkəməsində baxılan zaman borclunun nümayəndəsi qarajın 2018-ci ildən borclunun istifadəsində olmasını və qarajın tələbkara qaytarılmasının mümkün olmamasını bildirmişdir. Bundan sonra da artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olsa da, qaraj tələbkara qaytarılmamış və nəticə etibarilə qaraj yük maşınının sürücüsü tərəfindən aşırdılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin məzmunundan da göründüyü kimi, həmin norma imperativ xarakter daşımır, yəni işdə iştirak edən şəxslərin ərizəsi qətnamənin icra üsulunu və qaydasını dəyişdirilməsini məcbur edən deyil, mümkün edən haldır. Eyni zamanda qeyd olunmalıdır ki, Tələbkar həm yeni tikilmiş binada avtomobil saxlanılması üçün yer, həm pul təklifi işə birinci instansiya məhkəməsində baxılarkən də ifadə olnmuş, lakin Tələbkar mülkiyyətində olan qarajın ona qaytarılmasını tələb etmişdir. Hazırkı vəziyyətdə eyni təkliflərin “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi” kimi məhkəmə tərəfindən qəbul edilməsi nə qanuni, nə də ki, ədalətli olmazdı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, hal-hazırda borclu "xxxx" MTK-nın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-147/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəsinin təmin edilməsi üçün əsaslar mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Borclu "xxxx" MTK-nın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-147/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-848/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-848/2023
17.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver