Məhkəmə qərarları › İş №8(001)-856/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-856/2024

16.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-856/2024 16.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 3934/2023 saylı icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Binəqədi rayon icra şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 3934/2023 saylı icra sənədinə əsasən xx.xx.2018-ci il tarixli, BPM**********49 saylı kredit müqaviləsi üzrə cavabdehlər Borclu və X1 müştərək qaydada 15493.13 manat əsas borc, 4668.43 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%) borcu üzrə 662.76 manat olmaqla, cəmi 20824.32 manat məbləğində borc, iddianın qaldırılması üçün ödənilmiş 155,46 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinın xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait cavabdeh Borclu və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Binəqədi rayon icra şöbəsinin icra məmuru Aqil Cəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 6 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsinin üzərinı həbs qoyulması və borcun həmin daşınmaz əmlaka yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-3934/2023 saylı icra sənədinə əsasən xx.xx.2018-ci il tarixli, BPM**********49 saylı kredit müqaviləsi üzrə cavabdehlər Borclu və X1 müştərək qaydada 15493.13 manat əsas borc, 4668.43 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%) borcu üzrə 662.76 manat olmaqla, cəmi 20824.32 manat məbləğində borc, iddianın qaldırılması üçün ödənilmiş 155,46 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinın xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait cavabdeh Borclu və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İcra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü olaraq təmin etməsi barədə borcluya qərar və bildiriş göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir və qərəzli olaraq borcu ödəməkdən yayınmışdır. Elektron Portalın çıxarışdan görünür ki, Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 6 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında iştirak edən borclu izahatında bildirdi ki, o, borcunu ödəməkdən yayınmır. Borcunu hissə-hissə ödəyir və bu günə təxminən 4500 manat məbləğində ödəyib, qalan məbləğidə yaxın müddətdə ödəyəcək. Eyni zamanda bildirir ki, onun Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 6 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsi yoxdur. Təqdimat vermiş icra məmuruna və tələbkara məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata icra məmurunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat rədd olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 3934/2023 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixli, BPM**********49 saylı kredit müqaviləsi üzrə cavabdehlər Borclu və X1 müştərək qaydada 15493.13 manat əsas borc, 4668.43 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%) borcu üzrə 662.76 manat olmaqla, cəmi 20824.32 manat məbləğində borcun, iddianın qaldırılması üçün ödənilmiş 155,46 manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinın xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin cavabdeh Borclu və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-3934/2023 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Elektron icra” Sistemindən olan çıxarışdan görünür ki, Borclu adına Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 6 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi qeydiyyatda keçmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. Həmin Qanunun 43.1.3-cü maddəsinə görə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Təqdimat ilə Binəqədi rayon icra şöbəsinin icra məmuru Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 6 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsinin üzərinı həbsin qoyulması və borcun həmin daşınmaz əmlaka yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etsə də, təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu adına Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 6 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi qeydiyyatda keçmişdir. Məhkəmə hesab edir ki, təqdimatla xahiş olunmuş tələbdən kənara çıxıla bilməz. Təsvir edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 3934/2023 saylı icra sənədi üzrə Borclu əmlakı üzərinə həbsin qoyulması barədə Binəqədi rayon icra şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatı rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar