Məhkəmə qərarları › İş №8(001)-857/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-857/2024

27.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-857/2024 27.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ruslan Məmmədovun Borclu məxsus İnfiniti QX-56 minik markalı, 90BR099 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ruslan Məmmədov Borclu məxsus İnfiniti QX-56 minik markalı, 90BR099 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-805/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular Borclu Avbdulla qızından və X1 müştərək qaydada 9800 manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 118 manat dövlət rüsumunun əvəzi tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və icra sənədində göstərilən tələbin könüllü qaydada təmin edilməsi barədə bildiriş Borclu Avbdulla qızına göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən təmin edilməmişdir. İcra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə əlaqədar verilmiş sorğular nəticəsində Borclu Avbdulla qızına məxsus pul vəsaiti aşkar edilməmiş, lakin Elektron İcra Sisteminin çıxarışında olan məlumata əsasən borclunun mülkiyyətində BMW 530 minik markalı, 77BX485 dövlət qeydiyyat nişanlı, İnfiniti QX-56 minik markalı, 90BR099 dövlət qeydiyyat nişanlı və Jeep Wrangler minik markalı, 90XB803 dövlət qeydiyyat nişanlı avtomobillərin qeydiyyata alındığı müəyyən edilmişdir. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu Avbdulla qızı tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin tələb könüllü qaydada icra edilməmişdir. Təqdimata əlavə edilmiş Elektron İcra Sisteminin çıxarışından görünür ki, BMW 530 minik markalı, 77BX485 dövlət qeydiyyat nişanlı, İnfiniti QX-56 minik markalı, 90BR099 dövlət qeydiyyat nişanlı və Jeep Wrangler minik markalı, 90XB803 dövlət qeydiyyat nişanlı avtomobillər Borclu mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən,borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. Həmin Qanunun 44.1-ci maddəsinə müvafiq olaraq, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb icra olunmamış, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru qanunvericiliklə nəzərdə tutulmuş zəruri olan ilkin mərhələləri keçmiş və hər hansı nəticə əldə edilmədikdən sonra tələbin borcluya məxsus olan əmlaka yönəldilməsini təqdimatda xahiş etmişdir. Beləliklə, təqdimatda göstərilənləri, icra işinin materiallarını, eləcə də “Elektron məhkəmə” informasiya sistemində mövcud olan məlumatları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-805/2024 saylı icra sənədi üzrə icranı təmin etmək məqsədilə Borclu məxsus İnfiniti QX-56 minik markalı, 90BR099 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə borc məbləği həddində həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-805/2024 saylı icra sənədi üzrə icranı təmin etmək məqsədilə Borclu məxsus İnfiniti QX-56 minik markalı, 90BR099 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar