Məhkəmə qərarları › İş №8(001)-863/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-863/2024

27.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-863/2024 27.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi Borclular Borclu2 və Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ruslan Məmmədovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək icraatında olan Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2240/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclular Borclu2 və Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmurunun təqdimatı onunla əsaslandırılmışdır ki, icraatında olan yuxarıda qeyd edilən icra sənədlərinə əsasən borclular Borclu2 və Borclu1 müştərək qaydada xx.xx.2020-ci il tarixli, LM062000801 nömrəli restrukturizasiya müqaviləsi üzrə əsas borca görə 1187.19 manat, faiz borcuna görə 7.78 manat, cəriməyə görə 2.12 manat və 32 manat dövlət rüsumu olmaqla, cəmi 1227,09 manat tələbkar LPO "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borclulara tələbin 10 gün ərzində könüllü olaraq icrasının təmin edilməsinə dair bildiriş göndərilmişdir. Lakin borclular tərəfindən borc tələbi könüllü qaydada ödənilməmiş, icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzürlü səbəb göstərilməmiş və borcun ödənilməsindən qərəzli şəkildə yayınılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclular məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan təqdim edilmiş materiallar əsasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Borclu2 və Borclu1 qanunvericiliklə nəzərdə tutulmuş müddətdə tələbi könüllü icra etməmişlər, habelə elektron informasiya sistemində borcluların adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Ona görə də icra məmuru qanunamüvafiq qaydada Borclu2 və Borclu1 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimata əlavə edilmiş sənədlər təqdimatın əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə məhkəmə təqdimata əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, icra məmuru tərəfindən borclulara icraata başlamaq və könüllü icra haqqında bildirişin verilməsi, borclular tərəfindən icra sənədi üzrə tələbin hər hansı bir üzrlü səbəb göstərilmədən təmin edilməməsi nəzərə alınmalı, təqdimat əsaslı hesab edilərək təmin edilməli və borcluların ölkədən getmək hüququ müvəqqəti olaraq, hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 266-268-ci maddələri rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2240/2024 saylı, xx.xx.2024-cü il il tarixli icra sənədinin icrası təmin edilənədək borclular, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu2 və xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 ölkədən getmək hüququ müvəqqəti olaraq, hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar