Məhkəmə qərarları › İş №8(001)-87/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-87/2025

10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-87/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, Tələbkar, Borclu “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun rəhbəri Borclu oğlunun iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2130/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Şakir Bahadırov borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “Bakımənzilkommunlayihə” Layihə İnstitutundan ödənilməmiş əmək haqqının əvəzi olan 3978.11 manat məbləğində pul vəsaiti tutularaq, Tələbkar ödənilməlidir. Borclu “Bakımənzilkommunlayihə” Layihə İnstitutundan istifadə edilməmiş əmək məzuniyyətinə görə nəzərdə tutulmuş 27 təqvim günü üçün pul vəsaiti tutularaq, Tələbkar ödənilməlidir, iddia tələbi qismən təmin edildiyindən 60 manat mediasiya xərcinin 50%-i, yəni 30 manat borclu "Bakımənzilkommunlayihə” Layihə institutundan Tələbkar xeyrinə tutulmalı, qalan 50%, yəni 30 manat tələbkara aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilməli olan 59.78 manat dövlət rüsumunun 50%-i, yəni 29.89 manat borclu “Bakımənzilkommunlayihə" Layihə İnstitutundan, qalan 50%-i, yəni 29.89 manat Tələbkar tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2024cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu “Bakımənzilkommunlayihə” Layihə İnstitutuna göndərilmişdir. Lakin icra sənədi könüülü müddət ərzində icra olunmamışdır. "Elektron İcra İnformasiya" sistemində olan məlumata əsasən “Bakımənzilkommunlayihə" Layihə İnstitutunun rəhbərinin Borclu oğlunun olması müəyyən edilmiş, icra sənədinin icrası ilə əlaqədar ona borclu hüquqi şəxsin rəhbəri qismində Binəqədi rayon İcra şöbəsinə gəlməsi barədə dəvət göndərilmişdir. Bundan əlavə, onunla istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılmış, şöbəyə dəvət edilmişdir. “Bakımənzilkommunlayihə” Layihə institutunun rəhbəri Borclu oğlu icra sənədinin icrası ilə əlaqədar edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. xx.xx.2024-cü il tarixdə tərəflərindən qərar qəbul edilərək borclu “Bakımənzilkommunlayihə” Layihə institutunun rəhbəri Borclu oğlunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən təqdimatda icra sənədi üzrə borclu “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun rəhbəri Borclu oğlunun məcburi gətirilməsi barədə qərardadın qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirmişdir. Bununla yanaşı, Tələbkar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin hazırki günədək icra edilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən borclu “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun rəhbəri Borclu oğlu təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etməklə yanaşı, “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun rəhbəri olmadığını və bununla bağlı müvafiq ərizə ilə rəhbərliyə müraciət etdiyini bildirmişdir. İş üzrə icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İcra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir və məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə qərarlarının icrasının təmin edilməsi məqsədilə sözügedən qanunda bir sıra məcburi icra tədbirləri və eyni zamanda məhkəmə qərarlarının icra edilməməsinə görə məsuliyyət, həmçinin icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirinin tətbiq olunması nəzərdə tutulmuşdur. Bu tədbirlərin nəzərdə tutulmasının məqsədi məhz məhkəmə qərarlarının icrasının təmin edilməsinə yönəlmişdir. Məhkəmə qeyd olunan qanunvericilik normalarını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, hazırki vəziyyətdə təqdimatın təmin edilməsi borclu tərəfin də hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, borclu məhkəmənin çağırışlarına könüllü olaraq gəlmiş, məhkəmə iclasında iştirak etmiş, borclu icra məmuruna təqdim edilmişdir. Belə olduğu təqdirdə, icra məmuru tərəfindən məcburi icra tədbirlərin həyata keçirilməsinə maneənin olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclu “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun rəhbəri Borclu oğlunun Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə məcburi gətirilməsi zərurəti aradan qalxdığından, borclu “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun rəhbəri Borclu oğlunun Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilmiş borclu “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun rəhbəri Borclu oğlunun Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə məcburi gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar