Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-881/2025 15.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Borclu nümayəndəsi və vəkili X2 Tələbkar iştirakları ilə, Borclu Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu məhkəməyə ərizə ilə müraciət edərək, icra sənədinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir, ərizə onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 944/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə 29492 manat əsas və 175 manat pul tutularaq Tələbkar verilməsi qət edilmişdir. Bildirir ki, həmin pulun ödənilməsindən boyun qaçırmır. Həmin pulun hissə-hissə ödənilməsini üzərinə öhdəlik götürür. Eyni zamanda bildirir ki, həmin puldan hissə-hissə, 850 manat olmaqla ödənişlər etmişdir. Belə ki, qeyd etmək istəyir ki, işləyir və əmək haqqı köçürülən kimi ödəniş edir. Hər ay stabil ödəniş etməklə öhdəliyini icra etmək niyyətindədir.Məqsədi icra işinin ləngidilməsi və ya hər hansı bir süni manea yaratmaq deyi!. Sadəcə maddi durumu ilə əlaqədar qərar qəbul etmiş məhkəməni məlumatlandırmaq və eyni zamanda məhkəmə qətnaməsi ilə müəyyan edilmiş borc məbləğinin hissə-hissə ödənilməsinə şarait yaradılmasını məhkəmədən xahiş etməkdir. Borcun tutulmasından boyun qaçırmır. Və xahiş edir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə 29492 manat əsas və 175 manat pul tutularaq Tələbkar verilməsi barədə qətnaməsinin hissə-hissə, hər ay stabil olaraq 850-900 manat məbləğində icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Borclunun nümayəndəsi ərizənin təmin edilməsini və hər ay 800 manat civarında pul ödəməyə imkanının çatdığını bildirdi. Tələbkar ərizəyə etiraz etdi, pulu bütün şəkildə borcluya verdiyini bildirdi. Hesab edir ki, borclu onu aldatmış və artıq 2021-2023-cü illərdən bəri onun pulunu qaytarmır. Məhkəmədən ərizənin rədd edilməsini xahiş etdi. Həmçinin məhkəmənin diqqətinə çatdırdı ki, borclu iki iş yerində çalışır və yüksək məbləğlərdə əmək haqqı alır. Onun borcunu birdən qaytarmağa imkanı çatır. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni iş materialları ilə məcmu halında araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 944/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən 29492 manat əsas və 175 manat pul "xxxx" MMC-dən və Borclu tutularaq ödənilməsi qət edilmişdir. AZEMİS-dən çıxarışdan müəyyən olunur ki, Borclu "xxxx" MMC-də direktor vəzifəsində çalışmaqla 1700 manat, "xxxx" MMC-də baş direktor vəzifəsində çalışmaqla 1098.3 manat əmək haqı alır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 231.1 və 231.2-ci maddələrinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya Qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə müvafiq olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə icra sənədinin hissə-hissə icra edilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, icra vərəqəsinin hissə-hissə icra edilməsi bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, hissə-hissə icra olunması isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə aktının hissə-hissə icra edilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə başlanmış icraat ümumi qaydada davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Borclu Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənəndi üzrə başlanmış icraat ümumi qaydada davam etdirilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №8(001)-881/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-881/2025
15.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver