Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-899/2022 16.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, X2, X8, X9 və X3 Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X6 xx.xx.2022-ci il tarixli «Borclunun məcburi gətirilməsi haqqında» qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin məcburi dayandırılması barədə şikayətini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında iş materialları ilə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2, X8, X9 və X1 rayon icra şöbəsinin icra məmuru X6 xx.xx.2022-ci il tarixli «Borclunun məcburi gətirilməsi haqqında» qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin məcburi dayandırılması barədə şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclular Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-6305/2021 saylı qətnaməsindən apellyasiya və kassasiya şikayətləri ilə yuxarı instansiya məhkəmələrinə müraciət etmiş və həmin şikayətlərə baxılıb hüquqi qiymət verilənədək icra məmurunun borcluların məcburi gətirilməsi barədə qərarı qanunsuz və əsassızdır. İş üzrə tələbkarlar, borclular və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, şikayət təmin edilə bilməz. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan görünür ki, iddiaçılar Tələbkar2 və Tələbkar1 cavabdehlər X11, X8, X9 və X4 qarşı şərəf və ləyaqətin müdafiəsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-6305/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X11, X8, X9 və X3 üzərinə iddiaçılar Tələbkar2 və Tələbkar1 şərəf və ləyaqətini ləkələyən yanlış məlumatların yayıldığı “Kompromat TV” və “Azərbaycan Saati” youtube kanallarında təkzib edilməsi və iddiaçılar Tələbkar2 və Tələbkar1 üzr istənilməsi vəzifəsinin qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlər X11, X8, X9 və X3 hər birindən 500 manat olmaqla, cəmi 2000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar Tələbkar2 və Tələbkar1 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 2889/2022 saylı qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(001)-6305/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Mülki işə apellyasiya instansiyası məhkəməsində baxıldıqdan sonra iş birinci instansiya məhkəməsinə qaytarılmış və icra sənədi xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Borclular icra sənədində göstərilən tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə gəlib izahat verməkdən yayındığına görə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X10 xx.xx.2022-ci il tarixdə «Borclunun məcburi gətirilməsi haqqında» qərar qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 12.1-ci maddəsin görə, ... icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 17-ci maddəsinə müvafiq olaraq, aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda. Şikayətin məzmunundan və şikayətə əlavə edilmiş sənədlərdən hazırkı işdə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilmir. Həmçinin icra məmuru tərəfindən qanunsuz hərəkət və ya hərəkətsizlik edilməsini təsdiq edə biləcək hər hansı sübut şikayətə əlavə edilməmiş və borcluların icra şöbəsinə gedərək tələbi icra etməmələrinin səbəbləri barədə izahat verməkdən yayınmalarının üzrlü səbəbləri göstərilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, X2, X8, X9 və X3 Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X6 xx.xx.2022-ci il tarixli «Borclunun məcburi gətirilməsi haqqında» qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin məcburi dayandırılması barədə şikayəti rədd edilməli, icra sənədi üzrə başlanmış icraat ümumi qaydada davam etdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2, X8, X9 və X3 Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X6 xx.xx.2022-ci il tarixli «Borclunun məcburi gətirilməsi haqqında» qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin məcburi dayandırılması barədə şikayəti rədd edilsin. İcra sənədi üzrə başlanmış icraat ümumi qaydada davam etdirilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-899/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-899/2022
16.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver