Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-924/2024 28.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, Binəqədi rayon icra şöbəsinin icra məmuru Ruslan Məmmədovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6036/2022 saylı icra sənədində göstərilən tələbin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Binəqədi rayon icra şöbəsinin icra məmuru Ruslan Məmmədov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6036/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6036/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1988-ci ildə Rusiya Federasiyası, Volqoqrad şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Hazırda borclunun 3240 manat aliment borcu mövcuddur. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlanılmış borcun yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmiş, lakin, "xxxx" MMC-də işlədiyi müəyyən edilərək əmək haqqından tutma üçün məktub ünvanlanmışdır. Hal-hazırda isə həmin şirkətdə işləmir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Təqdimatı vermiş icra məmuruna, tələbkara və borcluya məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6036/2022 saylı icra sənədindən görünür ki, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İcra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6036/2022 saylı icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin icrası barədə bildiriş təqdim edilmişdir. İş materiallarında olan “Elektron-məhkəmə” sistemindən əldə olunan məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi daşınar, daşınmaz əmlak, pul vəsaitinin olmasına dair bank hesabının olması aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göstərilənlərə əsasən və tələbin aliment borcu olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ruslan Məmmədov Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6036/2022 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı əsaslıdır və təmin edilməlidir. Belə ki, icra məmuru tərəfindən borclunun əmlakının axtarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilmiş və icra sənədi üzrə yönəldilə biləcək əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 231.3-cü maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1988-ci ildə Rusiya Federasiyasının Volqoqrad şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6036/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış borc (3240 (üç min iki yüz qırx) manat) tam ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №8(001)-924/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-924/2024
28.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver