Məhkəmə qərarları › İş №8(001)-929/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-929/2024

11.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-929/2024 11.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4199/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan məbləğin indeksasiyası barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4199/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, onun xeyrinə tutulmalı olan 22700 (iyirmi iki min yeddi yüz) manatdan əlavə müvafiq indeksasiyaya görə 29974 (iyirmi doqquz min doquz yüz yetmiş dörd) manat, ümumilikdə 52674 (əlli iki min altı yüz yetmiş dörd) manat pul məbləğinin onun xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(001)-4199/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu Yəhya oğlundan vurulmuş zərərin əvəzi olaraq 22700 (iyirmi iki min yeddi yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması qət edilmişdir. Bu qətnamədən Apellyasiya şikayəti verilməmişdir. Üç ilə az qalır ki, qətnamə qanuni qüvvəsini alıb, icra işi Maraqlı şəxsndədir, lakin, bu günə kimi yuxarıda qeyd edilən məbləğdən bir qəpik də ödənilməyib. Azərbaycan Respublikası MPM-nin 232.1 maddəsinin tələblərinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnəmənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Sorğuya cavab olaraq, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 15 avqust 2024-cü il tarixli, 3-34/2-437/02-2/2024 saylı cavabında bildirmişdir ki, inflyasiya göstericisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayında 2021-ci ilin sentyabr ayına nisbətən 124,8 faiz təşkil edir. Sadə hesablama yolu ilə müəyyən edilir ki, inflyasiya dərəcəsinə göre borclu X4 əlavə olaraq ona 28329 manat ödəməlidir. Sorğuya cavab olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankın 13 avqust 2024-cü il tarixli, 6-2-20/2-N- 87xx-xx-13635/2024 saylı cavabından görünür ki, Mərkəzi Bankın uçot faiz dərəcələri barədə məlumat xx.xx.2024-dan etibarən 7,25%-dir. Burada isə qəbul olunmuş istehlak qiymətlər indeksi üzrə məbləğ 1645 mant təşkil edir. Nəticədə, Borclu Yəhya oğlu məhkəmənin qətnaməsinə əsasən, ödəməli olduğu 22700 (iyirmi iki min yeddi yüz) manatdan əlavə ona 29974 (iyirmi doqquz min doqquz yüz yetmiş dörd) manat ödəməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Borclu Yəhya oğlu 2023-cü ilin may ayında cəzaçəkmə müəssisəsindən çıxdığını və iki dəfə infarkt keçirdiyini, həmçinin əsas borcu belə ödəməyə imkanı olmadığını bildirərək, ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsini müdafiə edərək, ərizəsinə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş borclu və icra məmuru məhkəməyə gəlməmiş, buna baxmayaraq işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4199/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Borclu vurulmuş zərərin əvəzi olaraq 22.700 (iyirmi iki min yeddi yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq, iddiaçı X5 verilməlidir. Maraqlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4199/2021 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. Maraqlı şəxs tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə qəbul edilmiş borclunun axtarılması barədə qərarların surətindən görünür ki, Borclu barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayında 2021-ci ilin sentyabr ayına nisbətən 124.8 faiz təşkil etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərkəzi Bankın uçot faiz dərəcəsi aşağıdakı kimidir: xx.xx.2020-xx.xx.2021 - 6.25% xx.xx.2021-xx.xx.2021 – 6.5 % xx.xx.2021-xx.xx.2021- 7% xx.xx.2021-xx.xx.2022 – 7.25% xx.xx.2022-xx.xx.2022-7% xx.xx.2022-xx.xx.2022- 7.75% xx.xx.2022-xx.xx.2022 – 8% xx.xx.2022-xx.xx.2023-8.25% xx.xx.2023-xx.xx.2023 – 8.5% xx.xx.2023-xx.xx.2023 – 8.75% xx.xx.2023-xx.xx.2023-9% xx.xx.2023-xx.xx.2023-8.5% xx.xx.2023-xx.xx.2024-8% xx.xx.2024-xx.xx.2024-7.75% xx.xx.2024-xx.xx.2024-7.5% xx.xx.2024-dən etibarən 7.25% Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar nəzərə alındıqda 22.700 manat məbləğində pul vəsaitinin xx.xx.2024-cü il tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 28.553.9 manat (əsas məbləğ 22.700, faiz indeksi 5.833,9 manat) məbləğində olması müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2.-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3.-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həmin Qanunun 2-ci maddəsinə müvafiq olaraq, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. Məhkəmə qeyd edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədi ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflasiyasının artım səviyyəsinə mütanasib olaraq artırılması başa düşülməlidir. İndeksasiya inflasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. Ödənilməli olan pul məbləğinin indeksasiyası həyata keçirilərkən həmin pul məbləğinin inflasiyanın təsiri nəticəsində qiymətdən düşməsi (alıcılıq qabiliyyətinin azalması) kompensasiya olunur. Bu halda indeksasiya olunan pul məbləği onun qiymətdən düşmə səviyyəsinə (alıcılıq qabiliyyətinin azalma səviyyəsinə) mütanasib surətdə artırılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4199/2021 saylı qətnaməsi ilə Borclu vurulmuş zərərin əvəzi olaraq 22.700 manat alınaraq iddiaçı X5 tutulmuşdur. İcra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə iş üzrə icraata başlanılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4199/2021 saylı qətnaməsinə əsasən Borclu X1 xeyrinə tutulmalı olan 22.700 manat məbləğində pul vəsaitinin indeksasiya həyata keçirilərək, tutulmalı olan məbləğ 28.533,9 (iyirmi səkkiz min beş yüz otuz üç manat, doxsan qəpik) manat müəyyən edilməli, ərizə qalan hissədə rədd edilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Borclu tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232-ci maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4199/2021 saylı qətnaməsinə əsasən Borclu X1 xeyrinə tutulmalı olan 22.700 manat məbləğində pul vəsaitinin indeksasiya həyata keçirilərək, tutulmalı olan məbləğ 28.533,9 (iyirmi səkkiz min beş yüz otuz üç manat, doxsan qəpik) manat müəyyən edilsin. Ərizə digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Borclu tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar