Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-942/2024 09.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(001)- 2628/2022 saylı icra sənədi üzrə borclunun ölkədək getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədovun təqdimatına 09 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(001)-2628/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sonradan 09 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin rəisi məhkəməyə müraciət edərək təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmiş, müraciətinə tələbkarın icra sənədinin borclu tərəfindən tam icra olunmasına dair ərzəsini əlavə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin rəisinin müraciəti nəzərə alınaraq təqdimat geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(001)- 2628/2022 saylı icra sənədinin icrasının təmin olunması üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(001)-942/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-942/2024
09.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver