Məhkəmə qərarları › İş №8(001)-949/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-949/2024

17.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-949/2024 17.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2372/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə "xxxx" ASC-nin şikayətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC məhkəməyə şikayətlə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2372/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-2372/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Borclu ümumilikdə 2001.07 manat məbləğində borc və 40.41 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ələddin Hüseynovun xx.xx.2023-cü il tarixli qərarına əsasən Borclu vəfat etdiyindən həmin icra qeydi üzrə icraata xitam verilmişdir. Hesab edirlər ki, qeyd olunan qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, borclunun vəfat etməsinə dair sənəd qoşmaya əlavə olunmamışdır. Əlavə olaraq şəxs vəfat etmiş olsa belə, icra məmuru borclunun ölümündən sonra vərəsəlik işinin açılıb-açılmaması, əmlak vəziyyəti, nikahda olub-olmaması, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakının olub-olmaması barədə məlumatın əldə edilməsi üçün sorğular etməmiş, icra işinə möhtəbər sübutlar əlavə etməmişdir (Elektron informasiya portalından çıxarışda "məlumat yoxdur" qeyd edilməsi, şəxsin vərəsələrinin olub-olmamasını sübuta yetirmir). Həmçinin, icra məmuru tərəfindən borclunun mülkiyyətində olan əmlakların hərtərəfli axtarışı barədə aidiyyatı təşkilat və orqanlara sorğular verilməmişdir. Göründüyü kimi icra məmuru icra sənədinin icraatına xitam verərkən iş üzrə tam araşdırma aparmamış, müvafiq sorğular verməmiş və xitam barədə qərar qəbul etmişdir. Nəticədə icra qurumunun qeyd edilən qərarı tələbkarın mənafeyinə ciddi xələl gətirir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tələbkar və icra məmuru məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. - 31-ci maddəsinə müvafiq olaraq, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Sadalanan normaların məzmunundan aydın olduğu kimi borclunun ölməsi əsası ilə icra sənədi üzrə icraata o halda xitam verilir ki, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməsin. Göründüyü kimi borclunun ölməsi özü-özlüyündə birbaşa icra sənədi üzrə icraata xitam verilməsi üçün əsas deyil. Bundan əlavə icra məmurunun sözügedən qərarını nəzərdən keçirərkən məhkəmə və ya digər orqanın qərarı ilə mövcud tələb və vəzifələrin ölmüş borclunun vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməməsi əsaslandırılmamış, xitam vermənin əsası kimi yalnız şəxsin ölməsi göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynovun “icraata xitam verilməsi” haqqında xx.xx.2023-ci il tarixli qərarı ləğv edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2372/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən qəbul edilmiş “icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli Qərarı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2372/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar