Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-957/2022 27.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədovun təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5114/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 15785 manat tutularaq tələbkar X1 ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş və qərar göndərilmiş,lakin borclu tərəfindən borc tələbi ödənilməmişdir, borclunun adına müvafiq orqanlara və banklara sorğular edilmiş, lakin borc məbləğini yönəldə biləcək heç bir əmlak və banklarda pul vəsaiti aşkar edilməmişdir. Borcluya müvafiq tarixlərdə şifahi və rəsmi xəbərdarlıq olunmasına baxmayaraq o, borcunu ödəməmişdir.Qeyd olunanlara əsasən icra məmuru məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu təqdimata etiraz etmədiyini bildirdi. Belə ki, hal-hazırda icra sənədi üzrə borcunu ödəməyə imkanı yoxdur, maddi imkanı olduqda borcunu tam şəkildə ödəyəcəkdir. İş üzrə tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlamış və tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildiriş borcluya təqdim edilmiş, lakin tələb bu günədək icra edilməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinadlar bir daha göstərir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmaması ədalətli məhkəmə baxışı hüququnun pozulmasıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, təqdimatda göstərilənləri, eləcə də təqdimata əlavə edilmiş sənədləri nəzərə alaraq məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1960-cı il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu (FİN: xxxxxxx) ölkədən getmək hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5114/2021 saylı, xx.xx.2021-ci saylı icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-957/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-957/2022
27.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver