Məhkəmə qərarları › İş №8(001)-970/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-970/2024

20.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-970/2024 20.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1449/2024-030 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şakir Bahadırovun Borclu icra yerinə məcburi gətirilməsi haqqında təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şakir Bahadırov Borclu Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin inzibati binasına məcburi gətirilməsi barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1449/2024-030 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi əsasən ünvan 1 ünvanda yerləşən mənzilə dair Tələbkar adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarının və borcunun olmaması barədə maliyyə arayışının verilməsi öhdəliyi cavabdehlər Borclu və "xxxx" MTK-ya həvalə olunmuşdur. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırmışdır. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərar poçt vasitəsilə göndərilərək qanunvericiliyə uyğun könüllü icra müddəti müəyyən olunmuşdur. Eləcə də, xəbərdarlıq məktubu tərəflərə məlumat üçün göndərilmişdir. Binəqədi rayon İcra Şöbəsinin inzibati binasına dəvət olunmasına baxmayaraq borclu icra sənədi üzrə tələbi yerinə yetirməkdən yayınır. Borclu məhkəməyə elektron kabinet vasitəsilə etiraz ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdimatla müraciət etmişdir. Həmin təqdimatda qeyd edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1449/2024-029 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ünvan 3 ünvanında yerləşən mənzilə dair Tələbkar adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsi barədə mənzil-tikinti kooperativinin üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi əlavə edilməklə) və borcunun olmaması barədə maliyyə arayışının verilməsi öhdəliyi cavabdehlər Borclu və "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə olunmuşdur. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu müştərək qaydada Borclu və "xxxx" MTK-dan Tələbkar xeyrinə tutulmalıdır. Həmçinin həmin təqdimatda qeyd edilir ki, icra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu "xxxx" Mənzil Tikinti Kooperativinə, Borclu icra sənədində göstərilən ünvan 4 ünvanına göndərilmişdir. Həmçinin həmin təqdimatda qeyd edilir ki, borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış və lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Həmçinin həmin təqdimata əsasən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş edib. Aşağıdakılara əsasən hesab edirəm ki, təqdimat təmin edilməməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1449/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, ünvan 3 ünvanında yerləşən mənzilə dair Tələbkar adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsi barədə mənzil-tikinti kooperativinin üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi əlavə edilməklə) və borcunun olmaması barədə maliyyə arayışının verilməsi öhdəliyi cavabdehlər Borclu və "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə olunmasına, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu müştərək qaydada Borclu və "xxxx" MTK-dan Tələbkar xeyrinə tutulmasına dair icra sənədi vardır. Mövcud qanunvericiliyə əsasən bu sənədlər borc olmadığı təqdirdə tələbkara verilməlidir. Amma iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Tələbkar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon, S.S,Axundov küçəsi 31123-cü məhəllə, İİİ blok, 17-ci mərtəbədə yerləşən 1 otaqlı, 367 saylı mənzilə dair, müqavilə üzrə vaxtında ödənişi tamamlamadığı üçün mənə ümumilikdə 18802 (on səkkiz min səkkiz yüz iki) manat məbləğində zərər vurmuşdur. Bu hal tələbkarın məhkəməyə təqdim etdiyi qəbzlərlə öz təsdiqini tapır. Bu baxımdan tərəfimdən Bakı şəhəri Xəzər rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və məhkəmədən xahiş edilmişdir ki, cavabdeh Tələbkar 18802 (on səkkiz min səkkiz yüz iki) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin və iddia ərizəsinin verilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər iddiaçı Borclu xeyrinə tutulması barədə qətnamə qəbul edilsin. Həmin iddia ərizəm Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi X1 2(003)- 3806/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı əsasında icraatı mümkün hesab edilmişdir. Həmçinin tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 ərizə ilə müraciət edilərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi X1 icraatında olan, 2(003)-3806/2024 saylı iş üzrə yekun məhkəmə aktı çıxana kimi, Binəqdi Rayon İcra şöbəsinin əməkdaşları tərəfindən aparılan məcburi İcra tədbirlərinin dayandırılması xahiş edilib. Çünki, İcra haqqında Azərbaycan Respublikasının qanununun 17.1.4-cü maddəsində qeyd edilir ki, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, o zaman icraatın dayandırılması məcburidir. Göründüyü kimi belə bir iddia qaldırılmış və icraatı mümkün hesab edilmişdir. İcra məmurunun təqdimatda qeyd etdiyi, “borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır” cümləsi həqiqəti əks etdirmir. Çünki, hazırkı icra sənədi üzrə səlahiyyətli nümayəndəsi şəxsən çağırışlarda iştirak etmiş və müvafiq sübutları təqdim edərək icra tədbirlərinin həyata keçirlməsinin müvəqqəti olaraq dayandırılması və mümkünsüzlüyü ilə bağlı izahatlar vermişdir. İcra məmuru həmin izahatları qənaətbəxş saymadığı üçün, tərəfindən digər bir mülki mübahisə üzrə icraatın dayandırılması barədə ərizə verilsə də, həmin ərizə qeyrimüəyyən səbəblərdən hələdə cavablandırılmamışdır. Halbuki, həmin ərizə müsbət cavablandırılacağı təqdirdə məcburi icra tədbirlərinin həyata keçirilməsi dayanacaq və ya əksi olduğu təqdirdə məhkəməyə müraciət etmək imkanı yaranacaqdır. Qeyd edilən prosessual hərkətlər qətiyyən qərəzli deyil, əksinə mülki dövrüyyə iştirakçıları arasında olan münasibətlərdən doğan hüquqlarıdır. Bu baxımdan İcra haqqında Azərbaycan Respublikasının qanununun 17.1.4-cü maddəsini nəzərə alıb, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi X1 icraatında olan 2(003)-3806/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxana kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1449/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, aparılan məcburi İcra tədbirlərini dayandırılması barədə tələbimiz olduqca ədalətli və qanunauyğun addımdır. Hazırkı təqdimatla tanış olduqda aydın olur ki, icra məmuru özünün istinad etdiyi və fəaliyyətini tənzimləyən qanunun tələblərini pozmaqla, tələbkarın maraqlarını müdaifə edən qanuna zidd addımlar atmışdır. Həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi X1 icraatında olan 2(003)-3806/2024 saylı mülki iş üzrə iddia tələbim olduqca ağlabatan və əsaslıdır. İddia tələbimin təmin edilməsi ehtimalı olduqca yüksəkdir və bunu iş materiallarına əlavə edilən sübutlar və tələbkar özü etiraf (tələbkar özü də etiraf edir ki, 1 il ərzində ödəməli olduğu borcunu 10 il ərzində ödəyib) edir. İddia tələbinin uğurluluğunu təsdiq dən hüquq normalarını qeyd edir. Odur ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən verilmiş Borclu məcburi gətiriməsi barədə təqdimatının təmin edilməməsini məhkəmədən xahiş edir. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimatı, etirazı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd edilən maddənin tərkib hissəsinin yaranması üçün iki haldan birinin mövcudluğu yəni, icra məmurunun çağırışı ilə gəlməmək və yaxud icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilməlidir. Buna görə ilk növbədə icra məmuru icra sənədi daxil olduqda icra haqqında qanun tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Eyni zamanda bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcra işindən görünür ki, icra məmuru tərəfindən təqdimata borcluya ünvanlanmış tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq məktubunun surəti əlavə edilmiş, həmin sənədlərin borcluya göndərilməsi və borclu tərəfindən alınması öz təsdiqini tapmaqla borclu tərəfindən şəxsən icra şöbəsinə vəsatətlərlə müraciət edilmiş, lakin icra işində həmin vəsatətlərə baxılmasının nəticəsi barədə hər hansı müvafiq sənəd öz əksini tapmamışdır. Beləliklə, qanuni qüvvəyə minmiş qətnamənin icra edilməsinin mübahisəsiz olaraq vacibliyini qəbul edərək məhkəmə hesab edir ki, şəxsin hər hansı hüquqlarının məhdudlaşdırılması zaman qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar mütləq şəkildə gözlənilməlidir. Şərh edilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84cü maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1449/2024-030 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şakir Bahadırovun Borclu icra yerinə məcburi gətirilməsi haqqında təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar