Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-98/2023 03.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Borclu, İcra məmuru X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1140/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1140/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2020-ci il tarixindən başlayaraq, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci l təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır, İcra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar və icra sənədinin könüllü icrasına dair bildiriş borcluya təqdim edilmişdir. İcra sənədi icraya yönəldilənə qədər 10 ay, yəni 3900 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Binəqədi rayon icra şöbəsinə dəvət olunaraq, məhkəmə qərarının məzmunu və tələbi ona bir daha izah edilmiş, yaranmış borcun ödənilməsi ondan tələb olunmuş, icra sənədinin icrasını təmin etməyəcəyi təqdirdə barəsində qanunla müəyyən edilmiş qaydada məcburiyyət tədbirlərinin tətbiq olunacağı elan edilmişdir. İcra sənədinin icrası borclu tərəfindən könüllü qaydada təmin edilmədiyi üçün tələb olunan aliment məbləğinin Borclu məxsus əmlakı hesabına ödənilməsini təmin etmək məqsədi ilə borcluya məxsus şəxsi əmlakın müəyyən edilməsi üçün aidiyyəti orqanlara sorğular göndərilmişdir. Sorğulara verilmiş cavablara əsasən, eləcə də yaşadığı ünvanda keçirilmiş baxış zamanı Borclu məxsus tələbin yönəldilə biləcəyi şəxsi əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət edilmiş, ona icra sənədi üzrə vəzifələri bir daha elan olunaraq, yaranmış aliment borcunun ödənilməsi tələb edilmişdir. Lakin Borclu borcu ödəməkdən yayındığı, icra məmurunun tələblərini yerinə yetirməkdən boyun qaçırdığından inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin 3(001)-4018/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikasının 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Cərimə məbləği ödənilməmişdir. Borclu bununla əlaqədar olaraq yaranmış borcun hissə-hissə ilə ödənilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 8(001)- 759/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu ərizəsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən borclu izahatında bildirmişdir ki, ona yığılmış borc barədə məlumat verilməmişdir. İcra Şöbəsində olarkən 500 manat ödəniş etmiş və iltizam yazmışdır. Hər ay 300-400 manat aliment ödənişi edir. Lakin tam olaraq borc məbləğini ödəyə bilmir. Xəstə olduğundan maddi imkanı zəifdir. Gürcüstanda, İranda müalicələr almışdır. Epilepsiya xəstəsidir. Odur ki, məhkəmə tərəfindən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən icra məmuru X5 izahatında bildirmişdir ki, borclu borcunu ödəməkdən yayındığı üçün Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cərimə edilmişdir. Həmin cərimə məbləğini belə ödəməmişdir. Borclu icra sənədi üzrə borcunu ödəməkdən yayınır. Tələbkara məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. 84-1.2-ci maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.4-cü bəndində qeyd olunmuşdur ki, təqdimata borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubun) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Həmin təlimatın 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İcra məmuru tərəfindən Binəqədi Rayon Məhkəməsinin 2(001)-1140/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2021-ci il tarixli qərara əsasən icraata başlanılmış, həmin tarixdə tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Borclu xx.xx.2021-ci il tarixində İcra Şöbəsində bldirişin kötüyünə imza etməklə qəbul etmişdir. Borclu tərfindən Binəqədi rayon İcra Şöbəsində yazılan xx.xx.2021-ci il tarixində izahatdan görünür ki, o, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2020-ci il tarixindən üç uşaq üçün 390 manat aliment ödəməli olduğunu bildirir, lakin 4170 manat aliment borcunun ödənilməsi ilə bağlı suala cavab olaraq bildirir ki, aliment borcunu ödəməyə hazır deyildir. Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Məmməd Müsəllimov tərəfindən tərtib edilən 16 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Borclu Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 4170 manat aliment borcunu ödəmədiyindən, borclu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4018/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-2935/2021 saylı qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4018/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Borclu xx.xx.2022-ci il tarixində xəbərdarlıq göndərilən xəbərdarlığın surətindən görünür ki, ona xx.xx.2022-ci il tarixinə 3720 manat borcunun olması barədə məlumat verilmiş, borcunu ödəmədiyi təqdirdə AR CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu tərəfindən məktubun kötüyünə xx.xx.2022-ci il tarixində imza edilməklə xəbərdarlıq qəbul edilmişdir. İcra məmuru Şakir Bahadırov tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1140/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hal şahidləri və borclunun iştirakı ilə Borclu ünvan 1 ünvanında yerləşən mənzilinə baxış keçirilmişdir. Baxış nəticəsində gündəli təlabat əşyalarından başqa tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-759/2021 saylı qərardadından görünür ki, Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1140/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş “Elektron-icra” sisteminə əsasən borclunun adına tələbin yönəldilə biləcəyi əmlak, pensiya növü aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyinə görə təqdimat əsaslıdır və təmin edilməlidir. Eyni zamanda borclunun xəstəliyi ilə bağlı tez-tez xarici ölkələrə getməli olması barədə etirazının dəlilini məhkəmə əsassız hesab edir. Belə ki, borclu tərəfindən təqdim edilmiş xəstəlik tarixindən çıxarış məlumatlarından borcluya hər hansı mütəmadi müalicə ilə bağlı göstəriş, hər hansı tibb müəssisində müalicə alıması barədə göndəriş olmamışdır. Borclunun kurort və ya ümumi yoxlanış məqsədilə xarici ölkələrə əvvəllər getmiş olması təqimatın əsaslılığını istisna etmir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1140/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi tam icra olunana kimi xx.xx.1976-cı il təvəllüdlü, İsmayıllı rayonunda anadan olmuş, ünvan 2 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-98/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-98/2023
03.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver