Məhkəmə qərarları › İş №8(001)-982/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-982/2024

23.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-982/2024 23.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4357/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şakir Bahadırovun Borclu icra yerinə məcburi gətirilməsi haqqında təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şakir Bahadırov Borclu Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin inzibati binasına məcburi gətirilməsi barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4357/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasən Borclu 4901 manat məbləğində pul vəsaiti və 38 manat dövlət rüsumu tutularaq tələbkar "Tələbkar oğluna xeyrinə ödənilməlidir. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırmışdır. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərar poçt vasitəsilə göndərilərək qanunvericiliyə uyğun könüllü icra müddəti müəyyən olunmuşdur. Eləcə də, xəbərdarlıq məktubu və xx.xx.2024-cü il tarixli Borclunun məcburi gətirilməsinə dair qərar qəbul edilərək tərəflərə məlumat üçün göndərilmişdir. Binəqədi rayon İcra Şöbəsinin inzibati binasına dəvət olunmasına baxmayaraq borclu icra sənədi üzrə tələbi yerinə yetirməkdən yayınır. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimatı, icra işini və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd edilən maddənin tərkib hissəsinin yaranması üçün iki haldan birinin mövcudluğu, yəni icra məmurunun çağırışı ilə gəlməmək və yaxud icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilməlidir. Buna görə ilk növbədə icra məmuru icra sənədi daxil olduqda icra haqqında qanun tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Eyni zamanda bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcra məmuru tərəfindən təqdimata borcluya ünvanlanmış tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq məktubunun surəti əlavə edilmiş, borclu tərəfindən icra sənədi üzrə tədbirlər yerinə yetirilməklə sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə 500 manat ödənilməklə icra işində olansənədlər əsasında 239 manat borcu qaldığı müəyyən edilmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş qətnamənin icra edilməsinin mübahisəsiz olaraq vacibliyini qəbul edərək məhkəmə hesab edir ki, şəxsin hər hansı hüquqlarının məhdudlaşdırılması zaman qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar mütləq şəkildə gözlənilməlidir. Şərh edilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84cü maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4357/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şakir Bahadırovun Borclu icra yerinə məcburi gətirilməsi haqqında təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar