Məhkəmə qərarları › İş №8(001)-985/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-985/2024

29.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-985/2024 29.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-196/2023 saylı icra sənədi üzrə tələbkar X4 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X8 şikayətlə məhkəməyə müraciət dərək Bakı şəhəri Binəqədi rayonu icra şöbəsinin icra məmurunun Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(001)-196/2023 saylı qətnaməsi lazımi qaydada icra etməsi üçün üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(001)- 196/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Borclu ilə X8 arasında Masallı rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.2019-cu il tarixli 70 saylı nikahın ləğv olunması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X6 anası X4 yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X6 atası Borclu alınaraq anası X5 verilməsi, xx.xx.2019-cu il təvəllüdlü X6 anasına verildiyi tarixdən hesablamaqla yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 193 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulması, Borclu dövlət rüsumuna görə 50 manat X4 xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2699/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-196/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3423/2023 saylı 11 oktyabr 2023-cü il tarixli qərari ilə kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2699/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Adıçəkilən məhkəmə qərarı qanuni qüvvəsinə minmişdir. İcra sənədi əsasında icraçı məhkəmə qərarının icbari icrası predmeti üzrə icraatın başlanması barədə müəyyənləşmə çıxarmışdır. Lakin indiyə qədər adıçəkilən qərar icra edilməyib. Ona görə icra məmurunun hərəkətsizliyini qanunsuz hesab edir. İcra sənədi üzrə Borclu nümayəndəsi (vəkil) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X1 rayon icra şöbəsinin icra məmurunun qanunsuz fəaliyytəsizliyindən Binəqədi rayon məhkəməsinə müraciət edərək Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(001)-96/2023 saylı qətnaməsinin icrasının Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuralannın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, X4 Borclu qarşı nikahın pozulmasına dair iddia tələbi üzrə Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(001)- 96/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X7 ilə X8 arasında Masallı rayon qeydiyyat şöbəsində bağlanmış 17.06.201 9-cu il tarixli 70 saylı nikahın ləğv olunması, nikah pozulduqdan "sonra tərəflərin birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü Abdullayev Farid oğlunun anası X4 yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X6 atası Borclu alınaraq anasına verililməsi, sonuncunun yetkinlik yaşına çatanadak saxlanması üçün X2 hər ay 193 manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət olunmuşdur. Qətnamə üzrə icra sənədi icra olunması üçün əvvəlcə Binəqədi rayon icra şöbəsinə sonradan isə Borclu qediyyatda olduğu Masallı rayon icra şöbəsinə göndərilmişdir. Hazırda da Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin qətnaməsinin icrası ilə həmin şöbənin icra məmurunun icraatındadır. Göründyü kimi, hazırkı iddia tələbinin Binəqədi rayon məhkəməsinə heç bir aidiyyəti yoxdur. Bu barədə şikayətçinin özünün də məlumatı olmuşdur. Çünki o, uşaqla bağlı görüş üçün Masallı rayon icra və probosiya şöbəsinə müraciət etmiş, onun aliment alması ilə bağlı icra işi həmin şöbədədir. Göstərilənləri nəzərə alaraq, X4 hazırkı iddia ərizəsi Binəqədi rayon məhkəməsində baxıla bilməz. Ona görə də ərizəni və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 oktyabr 2024-cü il tarixli iclasında iştirak edən tələbkar X8 izahatında göstərmişdir ki, uşaq məhkəmə qətnaməsi ilə onun himayəsinə verilib, lakin uşaq hal-hazırda babasındadır və yalnız həftə sonları ona ünsiyyət üçün verilir. Maraqlı şəxs icra məmuru işi icra etmir, atanı axtarışa verdiyini bildirir. Onlar işi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərir, lakin burada da işə baxılmır. Ona sadəcə olaraq icra aktı lazımdır ki, uşaqla həftə sonu ünsiyyətdə olarkən, uşağın daimi olaraq onun yanında qalmasını təmin edə bilməyi üçün icra məmuruna sənəd təqdim etsin. Məhkəmə şikayəti iş materialları əsasında araşdırraq hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş Masallı RİHB-nin Həsənli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Borclu Masallı rayonu Həsənli kəndində qeydiyyatdadır. Materiala əlavə edilmiş Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Borclu hal-hazırda Masallı RİH-nin X15 Ərazi Nümayənədliyi tərəfindən verilən arayışa əsasən Həsənli kəndində yaşadığından, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin nömrəli, xx.xx.2023-cü il tarixli sənədi icra olunması üçün Masallı Rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(001)-196/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Borclu ilə X8 arasında Masallı rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.2019cu il tarixli 70 saylı nikahın ləğv olunması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X6 anası X4 yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X6 atası Borclu alınaraq anası X5 verilməsi, xx.xx.2019-cu il təvəllüdlü X6 anasına verildiyi tarixdən hesablamaqla yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 193 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulması, Borclu dövlət rüsumuna görə 50 manat X4 xeyrinə tutulması qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, sözü gedən qatnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə isə Binəqədi rayon İcra Şöbəsinin icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərarı ilə xx.xx.2023-cü il tarixli sənədi icra olunması üçün Masallı Rayon İcra Şöbəsinə göndərilmişdir. Göründüyü kimi hazırki işdən müəyyən edilir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(001)-196/2023 saylı qətnaməsi üzrə verilmiş icra sənədi hazırda Masallı Rayon İcra Şöbəsinin icraatındadır. Qeyd edilməlidir ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-196/2023 saylı icra sənədi üzrə tələbkar X4 şikayəti geri qaytarılmalı və X5 Masallı Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-196/2023 saylı icra sənədi üzrə tələbkar X4 şikayəti geri qaytarılsın. X5 izah edilsin ki, hazırki şikayətlə Masallı Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar