Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-988/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1886/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1886/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən Borclu əsas borca görə 4974,17 manat, faiz borcuna görə 323,84 manat olmaqla, ümumilikdə 5298,01 (beş min iki yüz doxsan səkkiz manat, bir qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 75,38 (yetmiş beş manat, otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan «BMW 530İ» minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, qeyd olunan icra sənədi üzrə icraata başlanılmış, borcluya icraata başlamaq haqqında qərar, könüllü icra barədə bildirişlər göndərilmiş, lakin tələb təmin edilməmişdir. İcraat zamanı Borclu mülkiyyətində olan «BMW 530İ» minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən olunmuşdur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. - 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. - 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Lakin borc məbləği keçən müddət ərzində borclu tərəfindən icra edilməmişdir. Beləliklə məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. “Elektron məhkəmə” İnformasiya sistemindən sorğulanmış məlumatlardan müəyyən edilmişdir ki, həqiqətən də «BMW 530İ» minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil borclunun mülkiyyətindədir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədinin icra edilməsi məqsədi ilə borcluya məxsus olan avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 658, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1886/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus «BMW 530İ» minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-988/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-988/2024
24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver