Məhkəmə qərarları › İş №8(001)-991/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-991/2024

23.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-991/2024 23.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11 oğlunun katibliyi, Tələbkar, Borclu, Təqdimat vermiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4824/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X7 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Şakir Bahadırov borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4824/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar övladı xx.xx.2021-ci il təvəllüdlü X1 ilə uşaq 3 yaşına çatanadək ananın (cavabdeh X6) iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan saat 14:00-dək mənzil şəraitindən kənar, xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşına çatandan sonra isə sərbəst şəkildə, iddiaçının özünün müəyyən edəcəyi məkanda, ananın iştirakı olmadan hər həftənin bazar günü saat 11:00-dan saat 19:00-dək ünsiyyətdə olmaq (görüş) hüququ verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X2 icra sənədində göstərilən Bakı şəhəri, Binəqədi qəsəbəsi, X10 küçəsi, ev 21 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmişdir. Bundan əlavə, borclu şöbəyə dəvət olunaraq, icra sənədinin icrasının tələb olunmuş qaydada təmin edilməsi ona izah olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, borclu hər vasitə ilə uşağın tələbkar ilə görüşünü təmin etmir, müxtəlif bəhanələr gətirərək, uşağın atası ilə görüşünə şərait yaratmır, qısa müddətli görüş vaxtlarında görüşə müdaxilələr edərək, uşağın atası ilə ünsiyyət qurmasına çalışaraq buna nail olmuşdur. Tələbkar dəfələrlə görüş günlərində uşağı ilə ünsiyyətdə ola bilmədiyini, buna borclunun və digər şəxslərin mane olduğlarını bildirmiş, şöbəyə çoxsaylı ərizələr ünvanlamışdır. Bununla əlaqədar olaraq X4 xəbərdarlıqlar göndərilmiş və ondan müvafiq izahatlar alınmışdır. İzahatında qeyri-səmimilik nümayiş etdirərək, doğru izahat verməmişdir. Tərəflərindən borcluya bir daha xəbərdarlıq elan olunaraq, gələcək vaxtlarda məhkəmə qərarının tələbinə uyğun olaraq uşağın tələbkarla ünsiyyətdə olması üçün uşağı atasına verməli və tələbkar sərbəst şəkildə, özünün müəyyən edəcəyi məkanda, ananın iştirakı olmadan hər həftənin bazar günləri saat 11:00-dan saat 19:00-dək ünsiyyətdə olmasını təmin etməsi onun nəzərinə çatdırılmışdır. Lakin borclu qüvvədə olan məhkəmə qərarının əksinə olaraq, uşağı görüşə gətirəcəyi halda özünün də bu görüşdə olacağını, yəni atanın uşaqla görüşünü sərbəst şəkildə etməyəcəyini deməkdən çəkinməmişdir. Bununla əlaqədar olaraq yəni icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə gediləcəyi elan olunduqda, Kəmalə Həsənzadə icra məmurunun tələblərinə tabe olmadan şöbəni tərk etmişdir. Onu intizama dəvət esə də, icra məmurunu dinləmədən getmişdir. Bu barədə müvafiq akt tərtib olunmuşdur. Bundan sonra da, borclu Kəmalə Həsənzadə hər həftənin bazar günü uşağın tələbkarla görüşünü təmin etməmişdir. Bununla əlaqədar olaraq borcluya inzibati məsuliyyətə cəlb olunmasına dair "Xəbərdarlıq" göndərilmiş və borclu Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən təqdimatda icra sənədi üzrə Borclu Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasına məcburi gətirilməsi barədə qərardadın qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin edilməsini məhkəmədən xahiş etməklə yanaşı, Borclu azyaşlı övladı ilə ünsiyyətdə olmasına mane olduğunu və övladı ilə ünsiyyət hüququnu məhdudlaşdırdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etməklə yanaşı, icra məmurunun çağırışlarına getdiyini, lakin icra məmuru tərəfindən ona qarşı qərəzli mövqe nümayiş etdirildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X7 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etməklə yanaşı, borclunun məhkəmə iclasında iştirak etməsinin hazırki təqdimatın baxılaraq təmin edilməsi zərurətini aradan qaldırmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir və məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə qərarlarının icrasının təmin edilməsi məqsədilə sözügedən qanunda bir sıra məcburi icra tədbirləri və eyni zamanda məhkəmə qərarlarının icra edilməməsinə görə məsuliyyət, həmçinin icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirinin tətbiq olunması nəzərdə tutulmuşdur. Bu tədbirlərin nəzərdə tutulmasının məqsədi məhz məhkəmə qərarlarının icrasının təmin edilməsinə yönəlmişdir. Məhkəmə qeyd olunan qanunvericilik normalarını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, hazırki vəziyyətdə təqdimatın təmin edilməsi borclu tərəfin də hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, icra işinin materialları ilə təsdiq edilmişdir ki, borclu icra məmurunun çağırışları əsasında bir neçə dəfə icra şöbəsində olmuş, bununla yanaşı məhkəmənin də çağırışlarına könüllü olaraq gəlmiş, məhkəmə iclasında iştirak etmiş, borclu icra məmuruna təqdim edilmişdir. Belə olduğu təqdirdə, icra məmuru tərəfindən məcburi icra tədbirlərin həyata keçirilməsinə (inzibati məsuliyyətə cəlb edilməsi barədə protokolun tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə təqdim edilməsi və sair) maneənin olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə məcburi gətirilməsi zərurəti aradan qalxdığından, borclunun Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X7 tərəfindən verilmiş Borclu Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə məcburi gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar