Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-100/2023 13.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X1 Hüseynovun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırovun borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2089/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən Borclu maddi zərərə görə 990 (doqquz yüz doxsan) manat, hüquqi yardıma görə 150 (yüz əlli) manat, ödənilmiş dövlət rüsumuna görə 23 (iyirmi üç) manat olmaqla, cəmi 1163 (min yüz altmış üç) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “VAZ 21074” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırov təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, “VAZ 21074” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyata alınmışdır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan “Elektron İcra” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Borclu adına “VAZ 21074” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatda vardır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bütün göstərilən halları və təqdimata əlavə edilən sənədləri, o cümlədən borcluya göndərilmiş sms-bildirişlərin surətlərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ 21074” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-100/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-100/2023
13.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver