Məhkəmə qərarları › İş №8(002)-100/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-100/2024

17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-100/2024 17.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Tələbkar Borclu iştirakı ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3 təqdimatla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-835/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş və tələbin könüllü icrası haqqında borcluya bildiriş və qərar göndərilmişdir. Başlanılmış icraat üzrə ötən dövrdə Borclu məhkəmə qərarının icrasından yayınmışdır. Borclu icra şöbəsinə dəvət olunsada o icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməkdən və məhkəmə qərarının icrasından qəsdən yayınmış, həmçinin bu günə qədər borcundan ödəniş etməmişdir. Əldə etdiyi məlumata əsasən borclunun ölkə xaricinə çıxma ehtimalı vardır.Borclu borcundan bu günə ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Borclu təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu və icra məmuru xəbərdar olunsalar da, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə borclu və icra məmurunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-835/22 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X5 ilə Borclu arasında 25 fevral 2006-cı il tarixdə Laçın rayon qeydiyyat şöbəsində 02№-li akt qeydi ilə bağlanmış nikah qeydi pozulmuş, birgə nikahdan olan 12 iyun 2013-cü ildə doğulmuş X4, 12 iyun 2013-cü ildə doğulmuş X7 və 20 mart 2017-ci ildə doğulmuş X6 iddiaçı X2 himayəsində və yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh Borclu iddiaçı X2 xeyrinə hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi üç uşağa görə 450 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən aydın olur ki, borcluya icra sənədlərində göstərilən tələbin 10 gün müddətinə könüllü olaraq təmin edilməsi bildirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, təqdimatda göstərilənləri, eləcə də, icra işində olan məlumatları nəzərə alıb, istinad olunan Qanunun tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, yuxarıda göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsini 2(002)-835/22 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar