Məhkəmə qərarları › İş №8(002)-101/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-101/2024

17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-101/2024 17.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Tələbkar nümayəndəsi və vəkili Vəkil, İcra məmuru X1 iştirakı ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(002)-3707/2023-011 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 18.400 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən Tələbkar nümayəndəsi və vəkili Vəkil təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X3 təqdimatı müdafiə edib onun təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borcluya lazımi qaydada xəbərdar olunsalar da, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə borclunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tələbkarın nümayəndəsi və vəkilinin, icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3707/23 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 16.000 manat məbləğində əsas borc, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixdə müəyyən edilmiş 9 % bank uçot dərəcəsinə uyğun əsas borca hesablanmış 1.440 manat faiz, ödənilmiş 150 manat dövlət rüsumu və vəkilə ödənilmiş 810 manat məbləğində xidmət haqqı cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən aydın olur ki, borcluya icra sənədlərində göstərilən tələbin 10 gün müddətinə könüllü olaraq təmin edilməsi bildirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, təqdimatda göstərilənləri, eləcə də, icra işində olan məlumatları nəzərə alıb, istinad olunan Qanunun tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, yuxarıda göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsini e-2(002)-3707/23 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar