Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-102/2022 28.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun, İmanov Tural Arif oğlunun katibliyi ilə, X1, Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmuru Qafil Qasımovun iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(002)- 2523/2019 saylı qətnaməsinə izah verilməsi barədə cavabdeh X2 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh X3 qarşı «kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(002)- 2523/2019 saylı qətnaməsinə əsasən iddiaçı X7 cavabdeh X3 qarşı kompensasiya verilməklə, mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı X5 3.000 manat kompensasiya məbləği alınaraq cavabdeh X3 ödənildikdən sonra, cavabdeh X2 övladı X4 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi məhəllə 23 ünvanda yerləşən 6 saylı evdən istifadə hüququna xitam verilməsi, onların mənzildən çıxarılması, cavabdehə pul məbləğinin ödənilməsi, cavabdehin övladı ilə birlikdə istifadə hüququna xitam verilməsi və evdən çıxarılmaları ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. Bundan sonra, yəni 14 mart 2022-ci il tarixdə borclu X6 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(002)-2523/2019 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(002)-2523/2019 saylı qətnaməsi icraya yönəldilmiş, qətnamənin icrası Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Qafil Qasımov tərəfindən həyata keçirilmişdir. Bildirilir ki, borclu X6 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, məhəllə 23 ünvanda yerləşən tələbkar X7 mülkiyyətində olan evin yaxınlığında, öz vəsaiti hesabına tikili inşa etmiş, həmin tikilidə qızı Nigarla birlikdə yaşamışdır. Qaz və elektrik xətləri çəkilmiş, adına rəsmiləşdirilmişdir. Sayğacların quraşdırılması ilə bağlı onunla müqavilə bağlanmış və ünvan kimi həmin özbaşına tikilinin ünvanı ünvan 2 kimi qeyd olunmuşdur.Hazırda da qətnaməni icra edən icra məmuru ondan ünvan 2 ünvanında yerləşən özbaşına tikilidən çıxmağı tələb edir. Məhkəmə iclasında iştiral edən borclu X6 ərizənin məznununa uyğun izahat verib qətnamənin izah olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştiral edən Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmuru Qafil Qasımov izahatında bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(002)-2523/2019 saylı qətnaməsinə əsasən X2 övladı X4 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi məhəllə 23 ünvanda yerləşən 6 saylı evdən istifadə hüququna xitam verilməklə, cavabdehin uşağı ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. İcra sənədinin icrası ilə bağlı bir süra hərəkətləri həyata keçirilmiş, kompensasiyanın məbləği borclunun adına açılmış bank hesabına ödənilmiş, icra sənədinin icrası ilə bağlı yaşayış sahəsinin yerləşdiyi ərazidə olmuş, baxış keçirilən zaman qeyd edilən ünvanda hər hansi özbaşına tikili, habelə orada başqa bir ünvanın mövcud olması aşkar edilməmişdir. Bu səbəbdən hesab edir ki, məhkəmə qətnaməsi aydın və dəqiq olduğundan, izah oluna bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən tələbkar X10 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsinə onun iştirakı olmadan baxılmasını mümkün hesad edir. Məhkəmə borclu X6 və Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmuru Qafil Hüseynovun izahatlarını dinləyib, mülki iş materialları və icra işində olan sənədləri nəzərdən keçirib hesab edir ki, aşağldakılara əsasən ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş məhkəmə qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir” (Ali Məhkəmə Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 17-ci bəndinin birinci abzası). Beləliklə, məhkəmədə ərizəyə baxıldıqda müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(002)-2523/2019 saylı qətnaməsinə əsasən X2 övladı X4 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi məhəllə 23 ünvanda yerləşən 6 saylı evdən istifadə hüququna xitam verilməklə, həmin mənzildən çıxarılmaları qət edilmişdir. Digər tərəfdən həm mülki iş materiallarından həm də icra işində olan sənədlərdən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvan mövcud deyildir. Bu baxımdan məhkəmə qətnaməsi aydın və dəqiq olmaqla, məhkəmə baxışının predmeti olan məsələni həll etmişdir. Odur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(002)-2523/2019 saylı qətnaməsinə izah verilməsi barədə borclu X2 ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(002)- 2523/2019 saylı qətnaməsinə izah verilməsi barədə borclu X2 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-102/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-102/2022
28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver