Məhkəmə qərarları › İş №8(002)-102/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-102/2024

06.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-102/2024 06.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X11 Hüseynovun sədrliyi, Mehriban Yaşar qızı Bağırovanın katibliyi ilə, X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3777/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin izah olunması barədə ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3777/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, ərizənin təmin edilməsi, Molotov (indiki Qaradağ) rayon X8 İcraiyyə Komitəsinin iclasının xx.xx.1952-ci il tarixli, 54 saylı protokoluna əsasən Lökbatan qəsəbəsi, Kamo (indiki 20 yanvar) küçəsi 15 ünvanında ayrılmış torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un X1 atası X5 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə qətnamənin izah edilməsi barədə ərizə ünvanlayaraq, 2(002)-3777 saylı xx.xx.2023-cü il tarixli qətnamənin məzmununu dəyişdirmədən iş üzrə maraqlı tərəf qismində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin cəlb edilməsi və qətnamənin icrasının həmin idarəyə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 54-57, 167-ci maddələrinin tələblərinə və mülki-prosessual hüququn prinsiplərinə əsasən, qətnamə qəbul edildikdən və qanuni qüvvəyə mindikdən sonra hər hansı şəxsin mülki işə cəlb edilməsi yolverilməzdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.3-cü bəndinə əsasən, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 14-cü bəndinə əsasən, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə izah edir ki, qətnamə qəbul edildikdən və qanuni qüvvəyə mindikdən sonra sonra hər hansı şəxsin mülki işə cəlb edilməsi, habelə hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin göstərilən qaydada icraya yönəldilməsi qanunda nəzərdə tutulmadığından, eyni zamanda işdə iştirak edən şəxslərin həmin hərəkətləri qətnamənin izah edilməsi adı altında tələb etmək hüququ olmadığından, ərizənin icraata götürülməsi mümkün deyildir. Bununla yanaşı, izah olunmalıdır ki, qanuni qüvvədə olan qətnamənin nəzərə alınmaması ilə bağlı hər hansı inzibati orqan tərəfindən hüququnun pozulduğunu hesab edən şəxsin mübahisəni inzibati məhkəmə icraatı qaydasında həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.4, 152.1.1, 152.1.2, 230, 262-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3777/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin izah olunması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər X4 geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar