Məhkəmə qərarları › İş №8(002)-103/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-103/2022

29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-103/2022 29.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-100/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi üzrə 02 fevral 2021-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən 25.03.2010-cu il təvəllüdlü X2 və 21.10.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 10.06.2020-ci il tarixdən başlayaraq cavabdeh Borclu iddiaçı X1 xeyrinə hər ay bir uşağa görə 140 (yüz qırx) manat, iki uşağa görə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulmalıdır. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi 02.02.2021-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunmüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə birgə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü icrasının təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra səndində olan tələbin icrası könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və 2022-ci ilin mart ayı daxil olmaqla tələbkarın xeyrinə 5880 manat ödənilməmiş aliment borcu yaranmışdır. İcra sənədinin icrasından yayınan borclunun ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane ola bilər. Bu səbəbdən Qaradağ rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə icra məmurunun təqdimatına əlavə etdiyi sənədləri, o cümlədən izahatları, axtarış və inzibati tənbeh qərarlarını tədqiq edərək və borclunun tələbkarın xeyrinə borcunu ödəmək öhdəliyini icra etməkdən yayındığını nəzərə alaraq belə qənaətə gəlir ki, borclunun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-269-cu maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin olunsun. xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 39, mənzil 28 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar