Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-104/2025 06.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, e-2(002)- 2482/2024 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(002)- 2482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə 3710.57 manat əsas, 302,93 manat faiz borcu olmaqla, cəmi 4013.5 manat məbləğində pul vəsaitinin və ödənilmiş 60.14 manat dövlət rüsumu tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icraata başlanmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(002)-2482/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1988-ci ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 4073.64 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşklatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası borclu tərəfindən tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkarın nümayəndəsi və borclu üzürsüz səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tələbkarın nümayəndəsinin, borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, icra məmuru İlkin Məmmədov xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək borcluya həmin tarixdə könüllü icra barədə bildiriş göndərmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşklatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası borclu tərəfindən tam şəkildə təmin olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin həmin icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq icrasının təmin olunmadığını nəzərə alaraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1988-ci ildə doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on gün) müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-104/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-104/2025
06.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver