Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-107/2025 25.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmuru Orxan Göyüşlünün hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmuru Orxan Göyüşlünün hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə hərəkətin qanunsuz hesab edilməsi və barəsində xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, ərizə X3 tərəfindən imzalanmamışdır. Belə olan halda yuxarıda qeyd edilən normaların tələbinə əsasən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.9, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmuru Orxan Göyüşlünün hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-107/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-107/2025
25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver