Məhkəmə qərarları › İş №8(002)-108/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-108/2022

06.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-108/2022 06.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırovun daşınar əmlak (avtomobil) üzərinə həbsin qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1042/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi üzrə 05 aprel 2021-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən 14.08.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 mart 2021-ci il tarixdən başlayaraq Borclu hər ay 145 manat məbləğində sabit pul şəklində aliment və Güləliyeva Əsnad Zamin qızının 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment alınaraq Tələbkar verilməli, Borclu 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcu ödətdirmək məqsədi ilə Borclu məxsus olan “KAMAZ 55111” yük markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “VAZ 21033” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırov təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi icraata 22.04.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclunun könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoclamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş və bəlli olmuşdur ki, Borclu mülkiyyətində olan “KAMAZ 55111” yük markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21033” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu adında “KAMAZ 55111” yük markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21033” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatda vardır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bütün göstərilən halları nəzərə alaraq və təqdimata əlavə edilən sənədləri, o cümlədən borclunun şəxsən qəbul etdiyi tələbin kömüllü icrası barədə bildirişin surətini tədqiq edərək məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu məxsus “KAMAZ 55111” yük markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21033” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakim : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar