Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-109/2022 11.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, X6 oğlunun katibliyi, X1 iştirakı ilə, X1 məhkəmə qətnaməsinin icrasının dayandırılması barədə ərizəsi ilə bağlı icra işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2390/2020 saylı qətnaməsi əsasında qət edilən aliment ödənişlərinin tutulmasının dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hazırda zərurət olmadığından həmin ərizəyə baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni nəzərdən keçirərək, hesab edir ki, ərizənin geri qaytarılması barədə vəsatət təmin edilməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən borclu şəxsin malik olduğu hüquqlardan biri kimi vəsatət vermək hüququnun olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 qətnamənin icrasının dayandırılması barədə ərizəsi geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №8(002)-109/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-109/2022
11.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver