Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-111/2022 11.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Borclu iştirakı ilə, Qaradağ rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2631/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qətnaməsi üzrə 21 dekabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən 16.08.2021-ci il tarixdən 31.07.2013-cü il təvəllüdlü X1 və 08.11.2017-ci il il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi 21.12.2021-ci il tarixində Bakı şəhər Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunmüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasından yayınan borclunun ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane ola bilər. Bu səbəbdən Qaradağ rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Borclu izahat verərək bildirdi ki, maddi imkanı olmadığından hər ay 350 manat məbləğində təyin edilmiş aliment miqdarından 200 manat ödəyə bilir. Qeyd olunanlara əsasən, təqdimatın təmin edilməməsini xahiş edir. Məhkəmə izahatı və icra məmurunun təqdimatına əlavə etdiyi sənədləri tədqiq edərək, borclunun tələbkarın xeyrinə borcunu tam ödəmək öhdəliyini yerinə yetirmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, borclunun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-269-cu maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin olunsun. xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonu, Qaraqocalı kəndində anadan olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-111/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-111/2022
11.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver