Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-112/2022 11.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-375/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi üzrə 20 may 2021-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən nikah pozulduqdan sonra 13.09.2018-ci il təvəllüdlü X1 anası Tələbkar yanında qalması müəyyən edilməli və 13.09.2018-ci il təvəllüdlü X1 anası Tələbkar faktiki himayəsinə verilməli, 13.09.2018-ci il təvəllüdlü X1 faktiki anasının himayəsinə verildiyi gündən yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay qazancının ¼ (dörddə bir) hissəsi miqdarında və əlavə olaraq 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Qaradağ rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsini xahiş etmişdir. Belə ki, icra sənədi 21.05.2021-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, lakin edilən xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən o, təqdimatla məhkəməyə müraciət edərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilən sənədləri araşdıraraq müəyyən edir ki, Borclu tələbin könüllü icrası haqqında bildirişi 26.05.2021-ci il tarixdə rəsmi qaydada əldə etmiş və həmin tarixdə Qaradağ rayon İcra şöbəsinə verdiyi izahatında icra sənədi üzrə tələbi icra etməməsinin səbəbini qətnamədən apellyasiya şikayəti verməsi ilə izah etmişdir. Təqdimata əlavə edilmiş xəbərnamənin surətindən görünür ki, icra şöbəsinə çağırış məktubunu Borclu 03.06.2021-ci il tarixdə rəsmi qaydada almış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-375/2021 saylı, 05 aprel 2021ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə qətnamə isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 30.06.2021-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, çağırış məktubu apellyasiya şikayətinə baxıldığı dövrdə təqdim edilmişdir. Halbuki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Məhkəmə həmçinin müəyyən edir ki, məhkəmə aktı yuxarı instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanıldıqdan sonra, icra hərəkətlərinin davam etdirilməli olduğu dövrə aid hər hansı çağırış məktubu və ya bildirişin surəti təqdimata əlavə edilməmişdir. Bu səbəbdən borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığını hal-hazırda müəyyən etmək mümkün deyildir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-112/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-112/2022
11.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver