Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-113/2022 14.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1, Borclu iştirakı ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2054/2018-011 nömrəli,02.05.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması dair icra məmurunun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu İlkin Məmmədovun borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, borcun ödənilməsini təmin etmək məqsədi ilə Borclu məxsus olan “Mercedes Benz C200” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması məsələsinə baxılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2054/2018-011 nömrəli,02.05.2018-ci il tarixli qərarına əsasən Borclu 426 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-in xeyrinə ödənilməlidir.İcra sənədi 15.05.2018-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.Belə ki,“Elektron icra” informasiya sistemindən əldə olunmuşsorğuməlumatınaəsasən müəyyən olunmuşdur ki, Borclu məxsusolan “Mercedes Benz C200” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır.İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.Qeyd edilənlərin nəzərə alınaraq, təqdimatın təmin edilməsini məhkəmədn xahiş etmişdir. Tələbkarın nümayəndəsi məhkəmə iclasında ərizə təqdim edərək,borclunun borcunu tam ödədiyi üçün icra məmurunun təqdimatına baxılmamasını məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında iştirak edərək,borcunu ödədiyini və təqdimatın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən borclu barəsində tətbiq edilən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi tədbiridir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, hazırki icra sənədi üzrə tələb borclu şəxs Borclu tərəfindən icra edildiyindən, borclu barəsində məcburi icra tədbirinin tətbiq edilməsi zərurəti aradan qalxmışdır. Ona görə də qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №8(002)-113/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-113/2022
14.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver