Məhkəmə qərarları › İş №8(002)-115/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-115/2023

11.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-115/2023 11.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Tələbkar, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakı ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-72/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 193 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra tədbirləri nəticəsində Borclu icra sənədində qeyd olunan ünvanda yaşamadığı müəyyən edilmişdir. Bu səbəbdən icra sənədinin icra olunması məqsədilə icra məmuru tərəfindən Borclu barəsində xx.xx.2023-cü il tarixli axtarış qərarı qəbul edilmiş və icra olunması üçün Qaradağ rayon icra şöbəsinə təhvil verilmiş və məhkəmə qərarını icra etmədiyi üçün barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 3(002)-419/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Borclu həmin maddə ilə təqsirli bilinərək barəsində 8 gün müddətinə inzibati həbs edilmişdir. Lakin buna baxmayaraq borclu aliment borcunu ödəməmişdir. İcra məmuru yuxarıda göstərilənləri nəzərə alaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon İzra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatı müdafiə edib onun təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirsak edən Tələbkar izahatında bildirdi ki, icra qurumu tərəfindən görülmüş icra tədbirlərinə baxmayaraq icra sənədi borclu tərəfindən icra edillməmişdir. Ona görə də təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Borclu xəbərdar olunsa da, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Borclu iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tələbkarın və icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən aydın olur ki, borcluya icra sənədlərində göstərilən tələbin 10 gün müddətinə könüllü olaraq təmin edilməsi bildirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, təqdimatda göstərilənləri, eləcə də, icra işində olan məlumatları nəzərə alıb, istinad olunan Qanunun tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, yuxarıda göstərilən icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-72/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. HAKİM KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar