Məhkəmə qərarları › İş №8(002)-117/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-117/2023

11.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-117/2023 11.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Asif Allahverdiyevin daşınar əmlak (avtomobil) üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qətnaməsi üzrə 15 avqust 2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən iddiaçı Tələbkar ASC ilə cavabdeh Borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh Borclu 28 fevral 2020-ci il tarixli kredit müqalivəsi üzrə yaranmış 5282,35 manat məbləğində əsas borc, 1359,15 manat məbləğində faiz borcu olmaqla, cəmi 6641,50 manat, 08 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 967,80 manat məbləğində əsas borc, 284,18 manat məbləğində faiz borcu olmaqla, cəmi 1251,98 manat məbləğində borc olmaqla, ümumilikdə 7893,48 manat məbləğində borc, ödənilmiş 99,34 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Asif Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcu ödətdirmək məqsədi ilə Borclu məxsus olan “Mercedes Benz C200” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Asif Allahverdiyev təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclunun könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş və bəlli olmuşdur ki, Borclu mülkiyyətində olan “Mercedes Benz C200” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu adında “Mercedes Benz C200” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatda vardır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bütün göstərilən halları və təqdimata əlavə edilən sənədləri, o cümlədən borclunun yazılı izahatını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “Mercedes Benz C200” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar