Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-119/2025 10.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Qaradağ rayon İcra şöbəsindən daxil olmuş borcluya məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimata Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru İlkin Məmmədov borcluya məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-2235/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasının təmini məqsədilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)- 1152/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes Benz 200” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-1152/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-2235/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus “Mercedes Benz 200” minik markalı, **- RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru İlkin Məmmədovun təqdimatını və əlavə olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, təqdimat qismən əsaslı hesab edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-1152/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadının surətindən görünür ki, borclunun yalnız “Mercedes Benz 200” minik markalı, **-RJ- *** dövlət qeydiyyat nişanlı avtomobilinə həbs qoyulduğundan, təqdimat qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-1152/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə borcluya məxsus “Mercedes Benz 200” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Təqdimata digər avtomobilin üzərinə həbs qoyulması barədə hər hansı sübut əlavə edilməmişdir. Təqdimata əlavə edilmiş FİNCA Azerbaijan MMQBKT tərəfindən Qaradağ rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Borclu və X1 FİNCA Azerbaijan MMQBKT-na olan borcunu tam ödəmişdir, ona görə də “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci, Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-1152/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes Benz 200” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Təqdimat qalan hissədə təmni edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-119/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-119/2025
10.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver