Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-120/2023 12.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynovun sədrliyi, Amil Rəfayıl oğlu Mirzəliyevin katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Qaradağ rayon İcra şöbəsinin icra məmuru İlkin Məmmədovun təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-855/2022 saylı, 15 aprel 2022-ci il tarixli qətnaməsi üzrə 15 aprel 2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən 17 fevral 2022-ci il tarixindən başlayaraq 03 fevral 2016-cı il təvəllüdlü X2, 16 iyul 2018-ci il təvəllüdlü X3 və 07 mart 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməlidir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru İlkin Məmmədov təqdimatla məhkəməyə müraciət edərək Babək rayonu, Cəhri kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu Qaradağ rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən o, təqdimatla məhkəməyə müraciət edərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə icra məmurunun təqdimatına əlavə etdiyi sənədləri, o cümlədən borclunun izahatını tədqiq edərək və borclunun icra sənədini icra etməkdən yayınmasını nəzərə alaraq belə qənaətə gəlir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-269-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin olunsun. ünvan 1 ünvanında yaşayan borclu Əsgərov X5 rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-120/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-120/2023
12.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver