Məhkəmə qərarları › İş №8(002)-124/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-124/2023

24.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-124/2023 24.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X2 və Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon İcra icra məmuru Asif Allahverdiyevin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-351/23-016 saylı, 13 fevral 2023-cü il tarixli icra sənədinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-351/23-016 saylı, 13 fevral 2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus “Opel Astra” minik markalı, **- CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-351/2023-016 nömrəli, xx.xx.20023-cü il tarixli icra sənədinə əsasən Borclu 8480.78 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X3 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Opel Astra” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Məhkəmə iclasında iştirak edən icra məmuru X2 izahatında bildirdi ki, Borclu borc məbləğinin artıq xeyli hissəsini tələbkara ödəmiş, ödənişlərini hal-hazırda da davam etdirir. Belə olan halda ona məxsus nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulmasıma lüzum qalmır. Bu səbəbdən təqqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu X5 izahatında bildirdi ki, onun Tələbkar ASCyə olan borcu əvvəllər 8480.75 manat olsa da, həmin borcdan hal-hazırda 4300 manat ödənilməmiş borcu qalmışdır ki, həmin borc məbləği də qarşılıqlı razılıaşma əsasında davamlı olaraq tələbkar tərəfindən onun əmək haqqından tutulmaqdadır. Belə ki, o, “BOS SELF” Məhdid Məsuliyyətli Cəmiyyətində takelajçı vəzifəsində işləyir və onun aylıq əmək haqqı 1007.94 manat təşkil edir. Belə olan halda təqdimatın əsassız olduğunu vurğulayır. Digər tərəfdən borc məbləğinin təxminən yarı hissəsinin ödənilməsinə baxmayaraq icra mərhələsində həmin hal araşdırılmamış, məhkəməyə təqdimat verilərkən əvvəlki, yəni ilkin borc məbləğinə istinad edilmişdir. Ona görə də təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Tələbkar X4 nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə verərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmuru X1 və Borclu izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron portal çıxarışının surətindən görünür ki, “Opel Astra” minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Tələbkar ASC tərəfindən təqdim olunmuş sənəddən də göründüyü kimi Borclu əmək haqqından hər ay icra sənədində qeyd edilən borc məbləğindən hissə-hissə tutularaq Tələbkar ASC-yə ödənilir. Borclunun 8480.75 manat borc məbləğindən bu vaxtadək tələbkara 4300 manat ödəniş edilmiş, 4180.75 manat ödənilməmiş borcu qalmışdır ki, yerdə qalan borc məbləğinin də ödənilməsi hazırkı günədək borclu tərəfindən davam etdirilir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlanmaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.7-ci maddəsinə görə tələb, borclunun əmlakına icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-351/23 saylı, 13 fevral 2023-cü il tarixli icra sənədi üzrə Borclu tərəfindən icra edilir və hər ay davamlı olaraq onun əmək haqqından hissə-hissə tutulur. Bu qaydada borcun tutulmasına tərəflər də etiraz etmir. Bu səbəbdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-351/23 saylı, 13 fevral 2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan “Opel Astra” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına lüzum qalmamışdır. Odur ki, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-351/23 saylı, 13 fevral 2023-cü il tarixli icra sənədinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Asif Allahverdiyevin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-351/23 saylı, 13 fevral 2023-cü il tarixli icra sənədinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar