Məhkəmə qərarları › İş №8(002)-130/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-130/2023

17.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-130/2023 17.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi ilə, Qobustan Rayon Məhkəməsi 2(026)-191/20 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X2 tərəfindən verilmiş təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Qobustan Rayon Məhkəməsi 2(026)-191/20 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.1980-ci ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Bu səbəbdən, Borclunın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində qərardad çıxarılması xahiş edilir. Borclu, tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri, eləcə də təqdimat üzrə 3396/2021- 34-7-001 nömrəli İcra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Belə ki, icra işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən edilir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-191/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 06 iyun 2014-cü il tarixdə anadan olmuş X3 və 03 avqust 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməsi qərara alınmışdır. Göstərilən icra sənədi icra olunması üçün Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru İlkin Məmmədov tərəfindən xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildirişi xx.xx.2021-ci il tarixli sifarişli məktub vasitəsilə ünvanlanmışdır. İcra sənədi üzrə icra məmuru İlkin Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixli “Borclunun axtarışı haqqında” qərar qəbul edərək borclu xx.xx.1990-cı il təvəllüdlü Qaradağ rayonu, Müşvüqabad qəsəbəsi, yataqxana 1, mənzil 84 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. İş materiallarında olan X2, X5 və X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, Borclu ünvan 2 ünvanında yaşamadığı müəyyən edilmişdir. İcra işinin (№3396/2021-34-7-001) materiallarından görünür ki, borcluya dəfələrlə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıqlar edilmişdir. Bundan əlavə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru İlkin Məmmədov tərəfindən qəbul edilmiş Borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Borclu barəsində axtarış elan edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimata əsasən 2.1-ci maddəsinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təlimatın 2.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər...2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İcra haqqında qanunvericiliyin tələbindən və işin faktiki hallarından göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin tətbiqi əsasları hazırkı halda mövcuddur. Belə ki, Borclu könüllü icra barədə bildirişi əldə etmişdir, icra sənədi barədə məlumatlıdır, icra sənədini üzrsüz səbəbdən uzun müddətdir icra etmir. İcra haqqında Qanuun 84-cü maddəsinə əsasən, icra məmurunun qanuni tələblərinin yerinə yetirilmədiyi, o cümlədən qərarlarının icra olunmaması halında barəsində ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat veriləcəyi barədə ona xəbərdarlıq edilmiş, bunlara baxmayaraq borclu icra sənədinin icrasından bu günədək üzrsüz səbəbdən yayınmışdır. Məhkəmə qeyd edir ki, uzun illər ərzində icra sənədinin icrası üçün heç bir cəhd etməməsi icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Bundan əlavə, icra məmuru tərəfindən borclunun əmlakının axtarışı üzrə tədbirlər həyata keçirilmişdir və icra işinin materiallarından görünür ki, borclunun adına hər hansı əmlak, avtomobil aşkar edilməmişdir. Əlavə olaraq, hazırda borcunun axtarışı üzrə tədbirlər həyata keçirilir. Məhkəmə qeyd olunan icra sənədindən məlumatlı olan borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması halını, məhkəmə qərarının uzun müddət icrasız qalmasını, icra məmuru tərəfindən görülmüş tədbirlərin heç bir nəticə verməməsini, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatda qeyd edilən əsasların hazırkı işdə yaranmasını nəzərə alaraq və tələbkarın mənafeyini əsas götürərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 267- 268-ci cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1990-ci ildə ünvan 2 ünvanında yaşayan Borclu (FİN xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar