Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-141/2025 17.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3512/204-019 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədi üzrə borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3512/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu və qeyrilərindən 30491.17 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu və qeyrilərinin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “KAMAZ 54112” yük markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil və “ODAZ 8350” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, Borclu məxsus olan “KAMAZ 54112” yük markalı **- NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “ODAZ 8350” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə təqdimata tələbkarın, borculunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tələbkar, borclu və icra məmurunun izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri, eyni zamanda icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu şəxsin ünvanına poçt vasitəsilə göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. Bundan başqa, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, “KAMAZ 54112” yük markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil və “ODAZ 8350” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu Borclu məxsusdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələb əmlaka yönəldilə bilər. Həmin Qanunun 45.1-ci bəndilnə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göstərilən Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. İstinad edilən Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus olan “KAMAZ 54112” yük markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil və “ODAZ 8350” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üzərinə həbs qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Təqdimat təmin olunsun. Borclu məxsus olan “KAMAZ 54112” yük markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil və “ODAZ 8350” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üzərinə həbs qoyulsun. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-141/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-141/2025
17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver