Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-143/2024 26.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, X12 nümayəndəsi, eləcə də icra sənədi üzrə borclu X5, Tələbkar Maraqlı şəxs, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Orxan Göyüşlünün iştirakı ilə, X1 Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Orxan Göyüşlünün hərəkətindən şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Orxan Göyüşlünün hərəkətindən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayətdə eləcə də, sonuncu barəsində xüsusi qərardad çıxarılması xahiş olunmuşdur. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə təqribən 11 radələrində Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ona ayrılan torpaq sahəsinə olan yaşayış evi sökülmüşdür. Bu məsələnin hardan qaynaqlanmağı barədə məlumat aldıqda ona bəlli olmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022 saylı mülki iş olmuş və həmin iş üzrə o, tərəf olmamışdır. Qaradağ Rayon Məhkəməsi 2(002)- 103/2022 saylı mülki iş üzrə icra vərəqəsi göndərmiş və icra məmuru həmin fərdi yaşayış evinin kimə məxsus olmasını aydınlaşdırmadan onun mülkünə ziyan vurmaqla mülkiyyət hüququnu pozmuşdur. Bu əsasla məhkəməyə müraciət edir və onun fərdi yaşayış evinin söküntüsü ilə əlaqədar olaraq məmurun hərəkətinin qanunsuz hesab edilməsi və qanuna müvafiq olaraq barəsində xüsusi qərardad çıxarılması ilə bağlı məhkəməyə müraciət edir. İcra məmuru söküntünü sökmədən öncə mənzilin kimə məxsus olmasını müəyyən etməli və o, həmin mülki iş üzrə tərəf olmadığı halda belə bir özbaşınalığın edilməsi mülkiyyət hüququna ziddir. X12 nümayəndəsi, eləcə də icra sənədi üzrə borclu X10 məhkəmə iclasında şikayəti müdafiə edərək, təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Tələbkar Maraqlı şəxs məhkəmə iclasında şikayətin təmin edilməsinə etiraz etdi və izahatında bildirdi ki, icra məmuru tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, icra sənədi düzgün şəkildə icra olunmuşdur. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Orxan Göyüşlü məhkəmə iclasında bildirdi ki, icra sənədini icra edərkən qanunvericiliyin tələblərini pozmamışdır. İcra sənədi onun icraatına daxil olduqdan sonra, qanunla müəyyən olunmuş icra tədbirləri həyata keçirmişdir. İcra sənədində icrası məcburi göstərişi olduğu kimi icra etmişdir. İcra sənədindəki göstərişin mübahisələndirilməsi, araşdırılması onun səlahiyyətlərinə aid deyil. O, icra məmuru kimi, dövlətin adından çıxarılmış və icrası məcburi olan icra sənədini icra edir. Şikayətdə adı qeyd olunan icra sənədi də istisna deyil. O, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. Bu səbəbdən, şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən icra işi tələb olunaraq, icra işində olan sənədlər ətraflı araşdırılmış və müəyyən olunmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(002)-103/2022 saylı icra vərəqəsinə əsasən ünvan 1 ünvanda inşa edilmiş tikili iddiaçı Maraqlı şəxs məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla, həmin hissədə cavabdeh X5 hesabına sökülməli; iddiaçı Maraqlı şəxs məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələr aradan qaldırılmalı; iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına vurulmuş zərərə görə 2.520 manat cavabdeh X4 iddiaçı Maraqlı şəxs xeyrinə tutulmalı; iş üzrə 50 manat ekspertiza xərci cavabdeh X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba, 200 manat qiymətləndirmə xərci cavabdeh X4 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməli; ödənilmiş 230 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 55 manat hissəsi cavabdeh X4 iddiaçı Maraqlı şəxs xeyrinə tutulmalıdır. İcra sənədi məhkəmə tərəfindən 08 sentyabr 2023-cü il tarixdə verilmişdir. Həmin icra sənədi icra olunması üçün Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş, həmin şöbənin icra məmuru X17 həmin icra sənədini icraata başlamaq haqqında qərara əsasən 08 sentyabr 2023-cü il tarixdə icraatına götürmüş və icra hərəkətlərinə başlamışdır. İcra məmuru «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən borclu X7 müvafiq bildiriş göndərmiş, bildirişdə borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İcra işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(002)-298/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Orxan Göyüşlünün təqdimatı təmin edilmiş, ünvan 3 ünvanda yaşayan borclu X5 Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İcra işində olan sənədlərdən göründüyü kimi, iddia tələbinə cavab verən şəxs (borclu) X8r. Hazırda məhkəməyə icra məmurunun hərəkətindən şikayət verən şəxs borclunun anası X9r. Məhkəmə qeyd edir ki, ərizəçi verilmiş icra sənədi üzrə tərəf deyil. İcra sənədi məhkəmə qətnaməsinə əsasən verilmişdir. X2 ərizəsinə baxan məhkəmə qanun qüvvəsini almış məhkəmə aktını hər-hansı şəkildə mübahisələndirə bilməz. Məhkəmə vurğulayır ki, yuxarıda qeyd olunan mübahisəyə istər birinci, istər apellyasiya, istərsə də kassasiya instansiyaları məhkəmələrində müvafiq hüquqi qiymət verilmişdir. Bildiyimiz kimi, məhkəmənin qətnaməsi dövlətin adından çıxarılır və ölkə ərazisində icrası məcburidir. İcra məmuru icra vərəqəsini icraata qəbul etdikdən sonra, həmin icra sənədini mübahisələndirə bilməz, o, icra məmuru kimi icra sənədini icra etməli, bu zaman “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməlidir. X11 icra məmuru tərəfindən tikili sökülərkən onun hüquqlarının pozulduğunu bildirsə də, qeyd olunan hala dair mötəbər sübutlar təqdim olunmamışdır. Digər sözlə ifadə etdikdə, X6 qeyd olunan tikiliyə münasibətdə subyektiv hüquqları mövcud olmamışdır. Bu cür hüququn olub-olmaması yuxarı instansiya məhkəmələri tərəfindən araşdırılmış, belə bir hüququ olmadığına görə yuxarıda qeyd edilən mübahisə üzrə tərəf kimi işə cəlb edilməmiş, onun təqdim etdiyi sərəncamın surəti mötəbər sübut kimi qəbul edilməmiş və iş materiallarına əlavə olunmamışdır. İcra işindən görünür ki, icra məmuru tərəfindən icra sənədinin icra olunması üçün «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə müvafiq icra hərəkətləri aparılmış, bu zaman X6 hər hansı hüququ pozulmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, X1 Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Orxan Göyüşlünün hərəkətindən verdiyi şikayət təmin edilməməlidir. Eləcə də, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Orxan Göyüşlünün barəsində xüsusi qərardad çıxarılması üçün əsaslar müəyyən olunmur. Bu səbəbdən, icra məmuru barəsində xüsusi qərardad çıxarılmasına dair X6 ərizəsi təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınmaqla) və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(002)- 103/2022 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmuru X13 barəsində xüsusi qərardad çıxarılması barədə şikayəti təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-143/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-143/2024
26.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver